O, İrandan narkotik və narkotik tərkibli dərmanlar gətirməkdə ittiham edildi
İrandan Azərbaycana narkotik və narkotik tərkibli dərmanları gətirməkdə ittiham olunan Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Xəqani Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Xəqani Məcidov 15 avqust 2016-cı ildə İran İslam Respublikasının Biləsuvar şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 3,430 qram tiryək narkotik vasitəsini və satış məqsədilə qanunsuz olaraq 9 flakonda külli miqdarda, tərkibindəki tropikamidin təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən “Mydrax”dərman preparatını əldə edib.
O, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə tiryək narkotik vasitəsini bir ədəd sellofan bükümdə qablaşdırıb mikrosxeminə yapışdırmaqla özünə məxsus mobil telefon qidalandırıcısının içərisində gizlədərək əl yükündə yerləşdirib saxlayıb, “Mydrax” dərman preparatınının iki flakonunu malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sağ və sol ayağındakı corabların içərisində, iki flakonunu əynində olan şalvarın sağ cibinin üzərində olan balaca cibdə və arxa cibində, beş flakonunu isə əl yükündə yerləşdirib.
Xəqani Məcidov 15 avqust 2016-cı ildə saat 18 radələrində Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və düzgün bəyan etmədən keçirməyə cəhd edib. Bu zaman o,gömürükçülər tərəfindən həbs edilib.
Xəqani Məcidovun barəsində Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəqani Məcidov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.
Xəqani Məcidov apelyasiya şikayətində göstərib ki, birinci instansiya məhkəməsi onun barəsində qərəzli, ədalətsiz mövqe tutaraq ona ağır cəza təyin edib. O, hökmün cəzz hissəsindən narazı olduğunu, barəsində heç bir yüngüllədirici hal nəzərə alınmamasından şikayətçi olduğunu qeyd edib.
Şikayətçi qeyd edib ki, birinci dəfə məhkumluğu, iki azyaşlı övladının olması, şəhid ailəsi olması, hüquqlarını bilməməsi, səmimi etirafını nəzərə alınmasını apelyasiya instansiyası məhkəməsinin hakimlərindən xahiş edib. O, barəsində olan hökmün dəyişdirilməsini, barəsində daha yüngül cəzanın təyin edilməsini istəyib.
Xəqani Məcidovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamran Əkbərovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin şkikayəti araşdırılıb. Hakim heyəti sonda təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edib.
Sorğu
Yeni dizaynımız necədir?