Kəpəz TV (Region TV) xəbər verir ki, Göygöl rayonunun Şəhriyar kəndi ərazisindəki meşədə üzərində bıçaq xəsarətləri olan kişi meyiвi aşkarlanıb. Qətlə yetirilənin şəxsiyyəti hələlik müəyyən edilməyib. Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirildiyi araşdırılır. Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə gətirilib. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?