GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Məni atamın siyasi fəaliyyətinə görə ittiham edirlər”

“Məni atamın siyasi fəaliyyətinə görə ittiham edirlər”

Tarix: 12-01-2016, 13:56 Bölmə :Ölkə Baxış: 0
“Məni atamın siyasi fəaliyyətinə görə ittiham edirlər”

“Məni atamın siyasi fəaliyyətinə görə ittiham edirlər”

Hüquq müdafiəçisinin oğlu yenidən məhkəmə önünə çıxdı

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladı Əlgüşad Gülalıyevin məhkum edilməsinə dair Bakı Apelliyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şikayətçi və onun nümayəndəsi əvvəlki məhkəmələrdə olduğu kimi bu dəfə də iştirak etməyib.

Məhkəmə prosesində çıxış edən Əlgüşad Gülalıyev bildirib ki, ona qarşı irəli sürülən ittihamlar qurama və əsassızdır; “Məni 3 il bundan qabaq orta məktəbdə tanımadığım bir şəxslə dalaşmaqda ittiham edirlər. Mən nəyə görə tanımadığım şəxslə dalaşmalıyam. Əgər o həqiqətən şikayətçidirsə niyə ötən müddət ərzində keçirilmiş 10- dan yuxarı məhkəmə prosesində gəlib iştirak edib şikayətini bildirməyib? İş materiallarına daxil edilmiş video diskə dəfələrlə vəsatət versək də nə Xətai rayon məhkəməsində, nə də Apelliyasiya məhkəməsində baxış keçirilməyib. Şahidlərin birinci instansiya məhkəməsində ibtidai istintaqda mənim əleyhimə polisin təzyiqi altında verdikləri ifadədən imtina edərək belə bir hadisənin olmadığını, mənim kiminləsə dalaşmadığımı bildirməsi niyə araşdırılmır? Əksinə Apelliyasiya məhkəməsi öz yanlış qərarını onunla əsaslandırır ki, guya həmin şahidlər mənim sinif yoldaşım olduqları və məni müdafiə etmək istədikləri üçün belə ifadə veriblər. Bu da yanlış və səhv yanaşmadır. Çünki mən şahidlərin əksərini tanımıram və onlar mənim sinif yoldaşım deyillər. Məni atamın siyasi fəaliyyətinə görə ittiham edirlər. Mənim haqqımda açılmış qondarma cinayət işinə xitam verilməsini və haqqımda bəraət hökmünün çıxarımasını istəyirəm”

Məhkəmədə Əlgüşad Gülalıyev vəkilsiz iştirak etdiyinə görə atası, onun qanuni nümayəndəsi Oqtay Gülalıyevin çıxış etməsinə hakim icazə verməyib.

Məhkəmədə dövlət ittihamçısı çıxış edərək ittihamı müdafiə edib, Bakı Apelliyasiya Məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş edib.

Yerində müşavirə keçirən məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətini rədd edib, Bakı Apelliyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bununla da Əlgüşad Gülalıyevlə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlər şöbəsi tərəfindən başlanmış cinayət işi əlaqədar aparılan ölkə daxili məhkəmə prosesləri başa çatıb. Müdafiə tərəfinin Ali Məhkəmənin qərarından Avropa İnsan haqları Məhkəməsinə şikayət edəcəyi bildirilir.

Xatırladaq ki, Əlgüşad Gülalıyev Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2014- cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1- ci maddəsi ilə ittiham edilərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Əlgüşad Gülalıyev özü 2013- cü ilin sentybarında yaşadığı NZS qəsəbəsində naməlum şəraitdə döyülərək bıçaqlanıb. İstintaq cinayətkarları tapıb məhkəmə önünə çıxarmaq əvəzinə Ə. Gülalıyevin özünə cinayət işi qaldırıb və onun haqqında təqsirləndirilən şəxs qismində qəti- imkan tədbiri seçilib.

Cinayət İşinin istintaqını Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsi aparıb. Əlgüşad Gülalıyev Mill Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladıdır. Atası, keçmiş siyasi məhbus O. Gülalıyev Sabirabad rayon məhkəməsinin 13 iyun 2012- ci il tarixli hökmü ilə polis nəzarətində olmaqla ev dustaqlığına məhkum edilib. Cinayət Məcəlləsinin 220.2- ci maddəsi ilə ittiham olunur, ölkədən çıxışı qadağan olunub.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlunun işi üzrə məhkəmə başlayıb

    Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlunun işi ...

    24-09-2014, 10:54

  • 
  • Ali Məhkəmə Mehman Hüseynovun kassasiya şikayətini təmin etməyib

    Ali Məhkəmə Mehman Hüseynovun kassasiya ...

    25-06-2018, 17:23

  • 
  • KXCP Əlgüşad Gülalıyevlə bağlı qanuna zidd və ədalətsiz məhkəmə qərarına etiraz edir

    KXCP Əlgüşad Gülalıyevlə bağlı qanuna zidd və ...

    4-11-2014, 17:58

  • 
  • Oqtay Gülalıyevin oğluna cinayət işi açıldı

    Oqtay Gülalıyevin oğluna cinayət işi açıldı ...

    1-08-2014, 00:53

  • 
  • Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ölkədən çıxışına icazə verilib

    Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ölkədən ...

    21-08-2018, 11:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu