GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Hərənin bir hobbisi var, İranın da hobbisi səfirliklərə hücumdur”

“Hərənin bir hobbisi var, İranın da hobbisi səfirliklərə hücumdur”

Tarix: 15-01-2016, 12:06 Bölmə :Ölkə Baxış: 0
“Hərənin bir hobbisi var, İranın da hobbisi səfirliklərə hücumdur”

Zərdüşt Əlizadə: “Səudiyyə əvvəlki ehtiyatlı siyasətindən əl çəkib, müxtəlif siyasi oyunlara qoşulur”

Politoloq Zərdüşt Əlizadənin müsahibəsini təqdim edirik.

- Zərdüşt bəy, 2016-cı ildə Yaxın Şərqdə ictimai, siyasi, hərbi vəziyyət normallaşması üçün imkanlar varmı?

- Əgər qazan odun üzərindən asılıbsa və ora kənardan hey odun tullayırlarsa, qazan neyləyəcək? Təbii ki, daha çox qaynayacq, daşacaq. Yaxın Şərqdə bu cürdür. Müxtəlif xarici qüvvələr Yaxın Şərqdə içində iştirak etməklə yanaşı bir-birilə bəhsə giriblər. Yaxın Şərq sanki cıdır meydanıdır, hamı at minib çapır. Odur ki, bu regionda vəziyyətin sabitləşməsi ehtimalları çox azdır. Nə dövlətlərin daxilində sabitlik var, nə də quruluşlar elə deyil ki, kritik anda razılaşma əldə olunsun. İran və Türkiyəni çıxmaq şərti ilə digərlərində seçki sistemi yoxdur. Livanda nisbətən seçki var. Diqqət etsəniz görərsiniz ki, bu üç ölkədə qaynar nöqtələr olsa da, nisbətən sakitlik hökm sürür. Digər ölkələr ya partlayış ərəfəsindədir, ya da partlayış baş verib. Liviyada, Suriyada, Yəməndə, İraqda partlayış olub, ölkələr xarabalığa çevrilib. Misirdə xarabılığı bərpa etməyə çalışırlar. Suriyada da vəziyyət ortadadır. Yaxın Şərqdə real durum budur.

- İndi bu regionda daha bir problem-İran-Səudiyyə münasibətlərində kritik pisləşmə müşahidə olunur...

- Bəli, bu gərginlik mövcuddur. Şəxsən mənim qənaətimə görə, bu gərginliyi şişirtmək lazım deyil. Bir qədər hədələr olacaq, söz müharibəsi baş verəcək. Sonra isə münasibətlər normallaşacaq. Çünki hər iki dövlətə münaqişənin şiddətlənməsi sərf etmir.

- Sizcə, bu qarşıdurmaya səbəb nədir?

- Səbəb çox ciddidir. Səudiyyə Ərəbistanı bölgədə xarici qüvvələrin iradəsini ifadə edir. Səudiyyə ABŞ-ın əsas müttəfiqidir. Amerikaya lazımdır ki, İranın siyasi oyununu pozsun.

- Hansı oyunu?

- İran nüvə sazişindən sonra tədricən və addım-addım aparıcı lider dövlətə çevrilirdi. Neft qadağaları aradan qalxandan sonra İranın pulu da olacaqdı. Üstəlik də, ordusu, silahı, sənayesi də var. Eyni zamanda dövlət quruluşu da səmərəlidir. Bu digər ölkələr üçün örnək ola bilərdi. Necə ki, ərəb baharı zamanı Ərdoğan Türkiyəsi ərəb regionu üçün nümunə sayılırdı. İndi də, İran belə nümunə ola bilərdi. Bu baş verməsin deyə İranla ərəb dövlətlərinin arasını vurmaq lazım idi. Bunu da, Səudiyyə Ərəbistanı həyata keçirdi-şeyx Nimrini edam etdi. Hərçənd ki, şeyx Nimri 2012-ci ildən indiyə qədər həbsdə idi və beləcə saxlanıla bilərdi. Lakin onu öldürdülər və İranda bundan qəzəbləndi. Üstəlik Kəşmir şiələri də ayağa qalxdı. İran öz ənənəsinə sadiq qalaraq Səudiyyənin tehrandakı səfirliyinə hücum etdi. İran da XIX əsrdə Griboyedovu öldürmüşdülər, XX əsrdə ABŞ diplomatlarını əsir götürmüşdülər, XXI əsrin əvvəllərində isə Səudiyyənin diplomatlarına hücum etdilər, missiyanı yandırdılar. Hərənin bir hobbisi var, İranın da hobbisi

səfirliklərə hücumdur. Bundan da, qəzəblənən Səudiyyə İranla əlaqələri kəsdi. Bundan dərhal sonra Sudan və Bəhreyndə diplomatik münasibətləri dayandırdı. Çox güman ki, Səudiyyədən asılı digər ölkələrdə bu addımı atacaq. Başqa sözlə, İranın bölgədə ki, liderlik məsələsi arxa plana keçdi. İndi ön plana çıxan odur ki, münasibətləri necə bərpa etmək, əvvəlki nüfuzu qaytarmaq olar. Ağıllı dövlətdə kənarda əyləşərək müsəlmanların dalaşmasını seyr edir.

- Şeyx Nimr Baqir əl-Nimrinin edamı səbəbdir, yoxsa bəhanə?

- Bu bəhanə deyil. Şeyx Nemr görkəmli din xadimi, parlaq siyasi xadim idi. Güclü nüfuzu var idi, Səudiyyə şiələrinin ruhu atası idi. Onu öldürməklə böyük təhlükələr dövrünə qədəm basdılar. Yəni şiələri qəzəbləndirdilər, İranla münasibətləri pozdular. İndi də, bu prosesin necə olacağı bəlli deyil.

- Sizcə, prosesin sonu üçün hansı ssenarilərin olacağı mümkündür?

- Mən düşünmürəm ki, ABŞ Səudiyyədə dövlətin çökməsinə imkan versin. Ancaq rejim zəif və kövrəkdir. Üstəlik də, Səudiyyə hakimiyyəti əvvəlki ehtiyatlı siyasətindən əl çəkib, müxtəlif siyasi oyunlara qoşulur. Bu da, onları zəiflədir. Prosesin İrana ciddi təsiri yoxdur. Əksinə, İran bundan qazandı. Məsələn, İran daxilində konsolidasiya getdi, insanlar bir oldu. Səudiyyə isə itirdi. Şeyx Nimr isə böyük rəmz idi. Bu rəmzi aradan qaldırdılar. Mən ərəb dilini bilirəm və internetdə şeyx Nimrinin çıxışlarına qulaq asmışam. O, gözəl natiq idi, Quranı dərindən bilirdi, kəskin və sərrast zehni vardı, natiq hesab olunurdu. Ciddi fiqur idi. İndi onu aradan qaldırdılar və bu dünya şiələrini qəzəbləndirir.

- Bəllidir ki, ərəb ölkələrinin əksəriyyətində sünilərlə yanaşı şiələrdə yaşayır. Bu təriqətlər arasında qarşıdurmaya, məzhəb davasına səbəb ola bilərmi?

- Faktiki olaraq süni və şiə arasında fərq yoxdur. Bu qondarma bir şeydir ki, islamın düşmənləri ortaya atıb. Siz azərbaycanlı müsəlmansınız. Özünüzü müsəlman sayırsınız. Namaz qılan olsanız cüzi fərqlə qılacaqdınız. Allah bir, peyğənbər bir və Məkkədə bir. Başqa şey yoxdur. Sünni və şiələri bir-birinə düşmən etmək üçün müsəlmanların düşmənləri min hoqqadan çıxıblar. Bu ziddiyyət əsasən iqtisadi və geosiyasi ziddiyyətləri pərdələmək üçün uydurulub. Bu ziddiyyət o zaman başladı ki, ortada hakimiyyət məsələsi oldu. Bir qrup Əlini və övladlarını bu prosesdən kənarlaşdırdı. Bundan sonra hakimiyyət, imtiyaz, var-dövlət məsələsi müsəlmanları parçaladı. İndi də, süni-şiə məsələsini kim qızışdırır? Təbii ki, qərbin kəşfiyyat orqanları. Əslində müsəlmanlar arasında heç bir ziddiyyət yoxdur. Quranda deyir ki, kimsə namaz qılırsa, oruc saxlayırsa və zəkat verirsə, bu adam sənin müsəlman qardaşındır. Onun namaz vaxtı necə durması, əlini hara qoymasının nə əhəmiyyəti ola bilər ki? Əsas dinə, qurana, allaha və peyğənbərə münasibətdədir. Bu da, fərqlənmir. Ancaq hakimiyyət, siyasi nüfuz məsələsi bunları ayırır. Məzlum müsəlmana demirlər ki, səni nəzarətdə saxlamaq üçün deyirəm ki, əlini başqa cür qoyub namaz qılan sənə düşməndir. Bəyan edirlər ki, peyğənbərin nəvələrini öldürüblər, başını kəsiblər. Gəlin yas saxlayaq, onların intiqamını alaq. Qarşı tərəfdə bəyan edirlər ki, onlar bizim böyük islam işimizə qısqanırlar, xəyanət edirlər və s. Beləcə, bu qondarma bir düşmənçilikdir. Reallıqda belə bir düşmənçilik yoxdur.

- Həm İran, həm də Səudiyyə Ərəbistanı neft ixracatçısıdır, OPEK-in üzvləridir. Bunlar arasında münasibətlərin kəskinləşməsi və pis mənada dərinləşməsi dünya bazarında neftin qiymətinə əhəmiyyətli təsir göstərə bilərmi?

- Əslində münasibətlərin kəskinləşməsi dünya bazarında neftin qiymətinə ilkin təsirini göstərib. Hazırda dünya bazarında bir barel neftin qiyməti əvvəlki günlərlə müqayisədə bir balaca bahalaşıb. Nəyə görə, çünki ümumi təmayül neftin qiymətinin enməsinə doğrudur. Sadəcə olaraq ortada hansısa siyasi hadisə neftin qiymətinin qalxmasına gətirib çıxara bilər. Elə bu Səudiyyə-İran qarşıdurması neftin qiymətinin enməsini saxladı, qiymət bir qədər qalxdı. Halbu ki, bu müvəqqəti qalxma idi. Təhlillər və mütəxəssislərin müşahidəsinə görə, dünya bazarında neftin qiymətdən düşməsi prosesi davam edəcək. Əlbət də, bu heç də müsbət bir proses deyil.

- İran artıq 2016-cl ildə dünya bazarına neft çıxaracaq, ona qarşı tətbiq edilən sanksiyalar aradan qalxacaq. Bu mənada İranın yaxın bir ildə necə görəcəyik, bu ölkə Rusiya-Qərb arasında seçim etmək məcburiyyətində qalacaqmı?

- Əvvəla, heç kəs deyə bilməz ki, İrana qarşı sanksiyalar götürüləcək. Nəzərə almaq lazımdır ki, Amerikada İranın düşmənləri çox və güclüdürlər. Onlar buna mane olmaq üçün müxtəlif yeni bəhanələr uydururlar. Amma hər halda böyük nəaliyyətdir ki, İrana qarşı embarqolar aradan qaldırılır. Əgər, bu baş verəcəksə, İran inkişaf yolunda irəliləyəcək, süni əngəlləri aradan qaldıracaq. Lakin bu o demək deyil ki, İran dünya bazarında həlledici rola malik olacaq. Nəzərə almaq lazımdır ki, dünya bazarında neftin qiymətdən düşməsi hələ İran dünya bazarına çıxmazdan öncə başlayıb, nəticədə neftin qiyməti az qala üç dəfə ucuzlaşıb. İranın rolu bu məsələdə yoxdur. İran nefti dünya bazarına çıxarsa, maksimum neftin qiyməti 3-5 dollar ucuzlaşa bilər.

- Neftin qiyməti 130 dollar olanda İrana qarşı sanksiyaları uzun müddət saxladılar və neft ucuzlaşan ərəfədə bu ölkəyə qarşı embarqoları götürür, ona dünya bazarına neft çıxarmaq imkanı yaradırlar. Sizcə, bu təsadüfdən doğur, yoxsa zərurətdən?

-Əvvəla zərurətdən doğan düşünülən addımdır. Müəyyən dövrə qədər ABŞ-da ümid edirdilər ki, İran dövləti çökəcək. Sonra gördülər ki, bu ölkə çökmək niyyətində deyil. O biri tərəfdən düşünürdü ki, dünyada neftin qiymətini özü müəyyən edəcək, lakin az sonra gördü ki, bu bazarda oyunçu çoxdur. Yəni neftin qiyməti təkcə Amerikadan bağlı deyil. Çünki bu istehlakdan, qənaətdən, yeni mənbələrdən, neft hasilatçılarının həmrəyliyindən və digər məqamlardan asılıdır. Həm də, ABŞ-İsrail münasibətləri tədricən korlanırdı. Çünki ABŞ görürdü ki, İsraili birmənalı müdafiə edilməsi ərəb coğrafiyasında onun neqativ nüfuzuna ciddi təsir göstərir. Həm də, Avropada İsrailin siyasətindən narahatdır. Onlar da, açıq elan edirlər ki, Fələstin xalqının hüquqlarını tanımaq lazımdır. ABŞ və Avropa istəmir ki, ərəb coğrafiyasında onların nüfuzları aşağı düşsün. Bütün bunlar ABŞ-ı məcbur etdi ki, İrana qarşı sanksiyaları aradan qaldırmağa çalışsın. Sanksiyalar götürüləndən sonra siyasi mənzərə dəyişir, İran nefti bazara çıxır, ucuzlaşma meyli güclənəcək. Üstəlik hesabladılar ki, İranın nüfuzu regionda artacaq, odur ki, Səudiyyə ilə İranın arasını vurdular, ümumi müsəlman əhalisinin nüfuzunun artmasının qarşısına daş itələndi. Məncə, bu da düşünülmüş siyasət idi.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Elçibəyin oğlu Zərdüşt Əlizadənin cavabını verdi

    Elçibəyin oğlu Zərdüşt Əlizadənin cavabını verdi ...

    15-02-2017, 21:19

  • 
  • “Ermənistanda bütün minalanmış ərazilərin xəritəsi yoxdur” - Zərdüşt Əlizadə

    “Ermənistanda bütün minalanmış ərazilərin ...

    9-04-2021, 12:20

  • 
  • Elçibəyin köməkçisi Zərdüşt Əlizadəyə cavab verdi: “Əlizadələr ailəsi və sülaləsinin...”

    Elçibəyin köməkçisi Zərdüşt Əlizadəyə cavab ...

    16-04-2019, 16:13

  • 
  • Amerikalı general: "Rusiya və Çinin Yaxın Şərqdə güclənməsi risklidir"

    Amerikalı general: "Rusiya və Çinin Yaxın ...

    24-05-2021, 09:56

  • 
  • “Ər-Riyad və Ankara Bakıda toqquşur”- Azərbaycana “dini təsir” savaşı

    “Ər-Riyad və Ankara Bakıda toqquşur”- Azərbaycana ...

    23-09-2014, 13:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu