GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Elçibəyin köməkçisi Zərdüşt Əlizadəyə cavab verdi: “Əlizadələr ailəsi və sülaləsinin...”

Elçibəyin köməkçisi Zərdüşt Əlizadəyə cavab verdi: “Əlizadələr ailəsi və sülaləsinin...”

Tarix: 16-04-2019, 16:13 Bölmə :Müsahibə Baxış: 796
Elçibəyin köməkçisi Zərdüşt Əlizadəyə cavab verdi: “Əlizadələr ailəsi və sülaləsinin...”


Politoloq Zərdüşt Əlizadə eks-prezident Əbülfəz Elçibəy və tərəfdarlarına qarşı növbəti dəfə ittiham səsləndirib.
Bildirib ki, Xalq Cəbhəsi dövründən kənd intriqası səviyyəsində didişmələr baş verir. “Əbülfəz Elçibəy , İsa Qəmbər, Pənah Hüseyn - bunlar məğlub olublar. Kimdirlər ki, onlara baş qoşulsun”,- deyə Zərdüşt Əlizadə bildirib.


Gundemxeber.Az bildirir ki, politoloqun bu açıqlaması siyasi camieədə birmənalı qarşılanmayıb. Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov Cebhe.info vasitəsilə Zərdüşt Əlizadənin ittihamlarına cavab verib.

Elçibəyin köməkçisi Zərdüşt Əlizadəyə cavab verdi: “Əlizadələr ailəsi və sülaləsinin...”


Bildirib ki, Zərdüşt Əlizadənin bu cür açıqlaması illərdir Elçibəyə qarşı yığılıb qalan qərəz və kinin nəticəsidir:

“Zərdüşt Əlizadənin bu tipli intriqalı, qərəzli, Azərbaycan cəmiyyətində düşmənçilik toxumları səpən fikirlərinə münasibət bildirməyə bəlkə də gərək yoxdur. Əlizadələr ailəsinin və sülaləsinin Əbülfəz Elçibəyə düşmən münasibəti 50 ildir olub və bunu hər kəs bilir. Bu baxımdan onun fikirlərini ciddiyə almıram və Azərbaycan cəmiyyətinin də bu tipli açıqlamaları müzakirə etməsinə gərək duymuram. Təəssüflər olsun ki, yaşı 70-i adlamış biri həyatını kin, nifrət və qəzəb üzərində qurub, öz rəqiblərinə qarşı 30 ildən artıq bir müddətdə qərəzini davam etdirir. Bu kimi fikirlərin cəmiyyətə heç bir xeyri yoxdu. Artıq Azərbaycan cəmiyyəti Zərdüşt Əlizadə və Araz Əlizadənin bu tipli fikirlərini duymaqdan yorulub. Biz də durub yenidən tarixi vərəqləsək, Zərdüşt və Araz qardaşlarının əleyhinə yetəri qədər faktlar ortaya qoya bilərik, bunun üzərində işləməyə başlayarıq. Amma bizim cəmiyyətə bu lazım deyil.

Elçibəyin köməkçisi Zərdüşt Əlizadəyə cavab verdi: “Əlizadələr ailəsi və sülaləsinin...”


Zərdüşt Əlizadə Xalq Cəbhəsi yaradılan vaxt siyasi mübarizədə öz rəqiblərinə uduzub və onun ortaya qoyduğu siyasi xətt məğlub olub. Zərdüşt Əlizadə məhz 30 ildir ki, bu məğlubiyyəti həzm edə bilmir. Məsələlərin kökü və mahiyyəti bununla bağlıdır. Əbülfəz Elçibəy və onun tərəfdarları Azərbaycanda milli demokratik xəttin yaradıcısı, müdafiəçisi olublar. Bu xətt Xalq Cəbhəsində aparıcı istiqamət olub və tərəfdarları qalib gəliblər. Zərdüşt Əlizadə də bununla barışmayıb və bugünədək də barışa bilmir. Ona görə də bu kini, küdurəti, qəzəbi cəmiyyətə qusur. Cəmiyyət də artıq bundan bezib”.
Oqtay Qasımov əlavə edib ki, bu gün Azərbaycanın qarşısında duran daha ciddi problemlər var və fikirləri həm fərd, həm də cəmiyyət olaraq bu problemlərə kökləmək lazımdır:
“Ölkəmizin Dağlıq Qarabağ kimi ərazi bütövlüyü, işğal olunmuş torpaqlarımızın azad olunması problemi var. Cəmiyyət olaraq insanların maddi rifahının yüksəldilməsi, iqtisadi, demokratik, siyasi və sosial islahatların həyata keçirilməsi məsələləri üzərində köklənməliyik. Xüsusilə də siyasətlə məşğul olanlar öz qabiliyyət və potensiallarını bu istiqamətdə yönəltməlidirlər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elçibəyin oğlu Zərdüşt Əlizadənin cavabını verdi

    Elçibəyin oğlu Zərdüşt Əlizadənin cavabını verdi ...

    15-02-2017, 21:19

  • 
  • Politoloqla partiya sədri bir-birini ittiham etdi

    Politoloqla partiya sədri bir-birini ittiham etdi ...

    17-07-2014, 02:54

  • 
  • “Bu sənədlər qaldırılsa Əbülfəz Elçibəyin həbsində kimlərin rolunun nədən ibarət olduğu bəlli olar”

    “Bu sənədlər qaldırılsa Əbülfəz Elçibəyin ...

    18-02-2017, 13:44

  • 
  • “Zərdüştün Elçibəyə münasibətinin kökündə başqa məqamlar durur” - Oqtay Qasımovla müsahibə

    “Zərdüştün Elçibəyə münasibətinin kökündə başqa ...

    15-02-2017, 21:26

  • 
  • Əbülfəz Elçibəyin vəfatından 17 il ötür

    Əbülfəz Elçibəyin vəfatından 17 il ötür ...

    22-08-2017, 10:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu