İŞİD terror təşkilatı İraqın Səlahəddin bölgəsindən keçən Kərkük-Tikrit magistral yolu yaxınlığındakı Tel Gıseybe və El Mıbeddıd adlanan yaşayış məntəqələrini ələ keçirib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İŞİD-ə aid olan 8 ədəd zirehli texnikayla sözügedən bölgələrə hücum təşkil edilib. Silahlı qarşıdurma zamanı 13 Haşdi Şabi hərbçisi həyatını itirib, 21 nəfər isə yaralanıb.
Bu hadisədən sonra İŞİD-ə qarşı bölgədə xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində İŞİD-in törədəcəyi daha bir terror aktının qarşı alınıb. Belə ki, İŞİD Tikritin cənubunda yerləşən Mıkeyşife bölgəsində bomba yüklü iki avtomobillə hərbi qərargaha hücum hazırlayırmış. Ancaq İŞİD-in bu hücumu baş tutmayıb və bomba yüklənmiş avtomobillər məhv edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?