GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Ərəb coğrafiyasının İrana başqa, Səudiyyəyə isə tam başqa münasibət var”

“Ərəb coğrafiyasının İrana başqa, Səudiyyəyə isə tam başqa münasibət var”

Tarix: 18-01-2016, 12:25 Bölmə :Ölkə Baxış: 0
“Ərəb coğrafiyasının İrana başqa, Səudiyyəyə isə tam başqa münasibət var”

Rasim Ağayev: “İran şahı Fars körfəzində dörd adanı götürdü, amma bu müharibəyə çevrilmədi”

Suallara sabiq dövlət müşaviri, politoloq Rasim Ağayev cavab verib.

- Rasim müəllim, uzun illər Yaxın Şərq bölgəsində işləmisiniz, regionu daha yaxından tanıyırsınız. Səudiyyə Ərəbistanı ilə İran münasibətlərində yaranan gərginliyi necə şərh edirsiniz?

- Bilirsinizmi, belə bir vəziyyətin yaranması ilk dəfə deyil. İran və Səudiyyə iki islam dövlətidir. Onların arasında dini və siyasi rəqabət mövcuddur. Mən xatırlayıram, İranın ən güclü vaxtı, şah dövründə Tehran Amerikaya arxalanırdı. Üstəlik şahın özünün də, nüfuzu var idi. Həmin dövrdə Səudiyyədə Vaşinqtona arxalanırdı. Lakin İran şahı Fars körfəzində dörd adanı götürdü. Bu zaman heç kim şaha heç nə edə bilmədi. Səudiyyə səs-küy saldı, lakin vəziyyət dəyişmədi. Həmin dövrdə şah öz başına deyildi, onun böyüyü-Amerika var idi. Şaha deyilmişdi ki, bunu edə bilərsən, sənə icazə veririk. Bu adalar indi də, İranın nəzarətindədir. Sizə deyim ki, sonrakı mərhələdə İraq prezidenti Səddam Hüseyndə bu məsələni qaldırırdı. Bu daha çox İraq-İran müharibəsində səsləndi. Lakin şah adaları götürəndən sonra bu proses İran və Səudiyyə arasında müharibəyə çevrilmədi. Baxmayaraq ki, həmin zaman müharibənin olacağı daha real idi.

Sizə deyim ki, hazırda Səudiyyə Ərəbistan vətəndaşlarının 15 faizi şiələrdən ibarətdir. Yəni çoxluq təşkil etmirlər. Üstəlik də, vəziyyətləri pis deyil. Yeyib-içməkləri var və digər ərəblər kimi yaşayırlar. Səudiyyə əhalisinin 30 faizi isə digər ölkələrdən gəliblər, hazırda daha çox onlar işləriylər. Səudiyyə ərəblərinin özləri isə obrazlı desək kef edirlər, dünyanı gəzirlər. Burada bir faktorda var-Səudiyyə kralının əlinə milyardlarla gəlir gəlir. Lakin Əlcəzairdən, Liviyadan və Səddam Hüseyn İraqından fərqli olaraq Səudiyyə kralı bu gəlirləri daxildən daha çox paylaşır. Yəni bu ölkə çox zəngindir və hər kəsə pay çatır. Şiələrin Səudiyyədə durumu təxminən bir zamanlar Ermənistanda yaşayan bizim soydaşlarımızın durumu kimidir. Məsələn, bizim soydaşlarımız Ermənistanda yaşayırdı, onları bazara buraxırdılar, işləri var idi, yaşamaq baxımından koruq çəkmirdilər. Lakin onları hakimiyyətə buraxmırdılar. Yəni ermənilər hakimiyyəti soydaşlarımızla bölüşmürdü. Orada nə hakimiyyətdə, nə parlamentdə, nə də idarələrə soydaşlarımız yox idi. Səudiyyədə yaşayan şiələrdən nə nazirlər, nə deputatlar, nə orduda, nə də böyük şəhərlərin rəhbərləri var. Yalnız son illər 3-4 deputat seçilblər. Başqa sözlə,

şiələr Səudiyyədə siyasi və ictimai sektorda yoxdur. Orada şiələrin davası həmdə hakimiyyət davasıdır. Səudiyyə hakimləri də deyirlər ki, şiə toplumunun bu çağırışları İrandan gəlir. Məsələn, edam olunan ayatullah Əl-Nəmr 2011-ci ildə ilk dəfə şiələrin mitinqinə start verdi. əl-Nəmr əslində ortaya siyasi xadim kimi çıxmamışdı, heç ayatullah kimi də çıxış etmirdi. Biz bilirik ki, məscid xadimləri-axundlar, şeyxlər, ayatullahlar çox səbrli danışırlar. əl-Nəmrin isə ağzından alov çıxırdı. Çıxışlarından bəyan edirdi ki, bu hökumət qalmamalıdır, bu insani rejim deyil, biz bunun əleyhinəyik. Yəni bu məscid xadiminin deyil, radikal kəsimin çıxışına daha çox bənzəyirdi. Onu da, həbs etdilər, bəyan etdilər ki, terrorçudur. Səudiyyədə şəraitə uyğun mitinqlərə qadağa qoyulub. Bildirilir ki, mitinqlər, aksiyalar allaha xoş gəlmir. Əgər narazılığın varsa, krala yaz, aidiyyəti orqanlara şikayət et. 2011-ci ildə Səudiyyə şiələrinin ilk mitinqləri başlayanda bunun beynəlxalq aləmdə güclü səs-sədası olmadı. Səudiyyə adi ölkə deyil. Məsələn, Suriya elan edir ki, demokratik-dünyəvi ölkədir. Səudiyyə isə islami qaydalarla yaşayır, bu qanuna da, təriqətdən asılı olmayaraq hər kəs tabe olmalıdır. Başqa sözlə, burada müəyyən incəliklər var və onlar şiə narazılığını bir qədər məhdudlaşdırır. Həm də, bilinmir ki, bu ölkədə şiələr nə istəyir. Çünki təminat baxımından heç bir problem mövcud deyil. İkincisi, indi Yaxın Şərqdə baş verən bu hadisə onların patronlarını da pis duruma salıb. Məsələn, Amerika İranla ziddiyyətli münasibətdə idi, bu ölkəyə sanksiyalar tətbiq edilirdi. Onda Səudiyyə birmənalı müttəfiq qəbul edilirdi. İndi Amerikada hesab edirlər ki, İranla münasibətləri düzəltmək lazımdır. Odur ki, sanksiyalar aradan qaldırılır, İran nefti dünya bazarına çıxır və s. Və birdən belə bir hadisə baş verir. Əlbət də, bu Səudiyyə üçün heç də xoş deyil. Çünki bu halda ər-Riyad nüfuzunu müəyyən qədər bölüşməli, İranı regional dövlət olaraq qəbul etməlidir. Burada bir məqam da var. Ümumiyyətlə kral rejimi, kralın öz əhalisi ilə ünsiyyəti, sünni və şiə məzhəbini aradan qaldıra bilməmək halı var. Yəni ictimai inkişafı fikirləşən sanki yoxdur. Lazım olanda götürüb adamın başını kəsirlər, edam edirlər. Təbii ki, bu da ABŞ-ın siyasətində öz narazılığını göstərir.

- İran-Səudiyyə arasındakı gərgin münasibətlər silahlı qarşıdurma fazasına keçə bilərmi?

- Birmənalı keçə bilməz. Silahlı münaqişə mərhələsinə gedilsə, bu daxilən digər problemləri yaradacaq və ya mövcud olan problemlər qabarıq formada ortaya çıxacaq. Odur ki, heç bir tərəf istəməz ki, öz-özünə problem yaratsın. İkincisi, nəzərə almaq lazımdır ki, təkcə Səudiyyədə deyil, ümumiyyətlə müsəlman dünyasında şiələr azlıq təşkil edirlər. Bu fakt diqqətə alınmalıdır. Məsələn, bir il əvvəl prezident Ərdoğan əl-Riyada səfərə getmişdi. Onda qeyd edirdilər ki, ər-

Riyad-Ankara alyansı yaranır. Eyni zamanda İranda şiə alyansının yaradılmasını təklif etdi. Ancaq şiə alyansı nə edəcək, onlar o qədər böyük ölkələr deyillər, azlıq təşkil edirlər. Üstəlik də, İran indi-indi izolyasiyanı yararaq dünya arenasına çıxıb, güclənmək istəyir. Bu anda Səudiyyə ilə açıq qarşıdurma və ya müharibə Tehrana heç bir halda lazım deyil.

- Ancaq açıq görünür ki, bu məsələdə Moskva İranı, Vaşinqton isə ər-Riyadı müdafiə edir...

- Məsələ ondadır ki, Rusiyanın İranla münasibətləri yaxşıdır. Söhbət dövlətlərarası münasibətlərdən gedir. Lakin mənə elə gəlir ki, Kremlidə sünni-şiə məsələsinə bir o qədər diqqət yetirmirlər, bunun dərinliyinə varmırlar. Onlar hesab edirlər ki, müsəlman elə müsəlmandır. Sadəcə olaraq Rusiya ilə İran arasında son 10-15 ildə münasibətlər çox istidir, birgə proyektlər var, ticarət var. Digər tərəfdən, İranın Rusiyaya yaxınlaşması Kremli üçün əhəmiyyətli məsələdir. Bununla da. Moskva həm də bu regionda öz mövqelərini möhkəmləndidir. Nəzərə alın ki, son illərdə Rusiyanı bir sıra regionlardan sıxışdırıb çıxarıblar. Arada Suriya böhranın olduğuna, İranında Rusiya ilə birlikdə Suriya məsələsində aktiv olması, həm də, eyni mövqeləri bölüşməsi faktiki olaraq ciddi müttəfiqlikdən xəbər verir. Səudiyyə Ərəbistanı isə Amerikanın təsir zonasındadır və Moskva ilə ciddi yaxınlığı mövcud deyil.

- Üstəlik Səudiyyə ilə İran Yəməndə və Suriyada bir-birinə qarşı vuruşurlar...

- Bəli, tamamilə haqlısınız. Söhbət ondan gedir ki, indiki situasiya Rusiyanın marağına da, uyğundur. Çünki bu ab-hava Rusiyanın yenidən Yaxın Şərq regionuna qayıtmasına kömək edəcək. Rusiya üçün bu siyasi məsələdir, onun üçün burada dini məsələ əhəmiyyət kəsb etmir. Moskvanın yanaşması belədir: dini məsələnizi öz aranızda həll edin, bizim üçün süni və ya şiə məsələsi əhəmiyyət kəsb etmir. Mənim İranla münasibətlərin yaxşıdır və öz dostumu müdafiə edirəm.

- Regionda yaranan bu durun ərəb ölkələrində yaşayan sünni və şiələr arasında qarşıdurmalara səbəb olacaqmı?

- Mümkündür ki, bu baş versin. Mənim fikrimcə, bunun təsiri ola bilər. Ancaq deməzdim ki, bu təsir geniş və güclü olsun. Bu saat islam dünyası bir mövqedən çıxış edir. Əlbət də, sünni-şiə söz-söhbətləri əvvəllər mövcud olub, müasir dövrdə isə bunu daha çox İran ortaya gətirir.

Düzdür, İranın bəzən digər ölkələrdə ki, şiələrə köməyi dəyir. Ancaq ərəb coğrafiyasının İrana münasibəti başqa, Səudiyyəyə isə tam başqadır. Nəzərə alırlar ki, Səudiyyə kralı hər kəsə dəstək verir, fələstinlilərə də, ciddi köməklik göstərib. Odur ki, mən insanlar arasında süni-şiə qarşıdurmasının artacağına inanmıram.

- Bu qarşıdurma Suriya böhranının həllini uzada bilərmi?

- Əlbət də, uzada bilər. Çünki Suriyaya yaxın və Suriya məsələsində maraqlı olan ölkələrin münasibəti kəskinləşir. Ancaq onu da, qeyd edim ki, Suriya məsələsinin həlli üçün ciddi addımlar atılır. Üstəlik prosesin gedişatı göstərir ki, bu iki ölkə müharibə instrumentindən istifadə etməyi düşünmürlər. Üstəlik sünni-şiə problemini ortadan çıxara bilmirlər. İndiyə qədər də, bu iki müsəlman ölkəsi arasında bu cür hallar baş verib. Bunlar küsülü qalacaqlar. Bununla da, məsələ qapanacaq. İndi diqqət ərəb yarmadasına, bu iki ölkəyə cəmlənib. Amma əslində Suriyada proseslər-dava gedir. Suriyada əsas İŞİD məsələsidir. Beynəlxalq terrorun qarşısını alınması gedir. Zənnimcə, bu məsələdə tərəflər addımlarını gizlətmir. Bəşər Əsədlə Amerika və Rusiya arasında bu barədə razılaşmalar var. Məncə, 4-5 aya irəliləyiş olacaq. 2016-cı ildə isə məsələ həll ediləcək. Gördüyünüz kimi artıq Vaşinqtonda Əsədə qarşı qəti tələb qoyub demir ki, getməlisən. İndi əsas məsələ Rusiya-Amerika arasında gedir. Rusiya istəməz ki, Suriyada müharibə uzansın. Onlar Əfqanıstan sindromunu bilir və Suriyada da bu cür olmasını arzu etmirlər. Odur ki, müxtəlif kompromis qərarlar qəbul ediləcək.

HÜSEYN ABBASOĞLU

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Səudiyyə ilə İran arasında növbəti QALMAQAL

    Səudiyyə ilə İran arasında növbəti QALMAQAL ...

    10-07-2016, 18:37

  • 
  • İran və ABŞ donanmaları yenidən üz-üzə gəlib

    İran və ABŞ donanmaları yenidən üz-üzə gəlib ...

    30-07-2017, 11:58

  • 
  • KİV: İranın Fars körfəzində saxladığı tanker İraqa məxsusdur

    KİV: İranın Fars körfəzində saxladığı tanker ...

    5-08-2019, 10:04

  • 
  • İran Səudiyyə Ərəbistanında İƏT XİN başçılarının iclasına qatılmayacaq

    İran Səudiyyə Ərəbistanında İƏT XİN başçılarının ...

    3-02-2020, 11:00

  • 
  • ABŞ-dan rəsmi açıqlama: “İran şərtlərimizi yerinə yetirsə”...

    ABŞ-dan rəsmi açıqlama: “İran şərtlərimizi yerinə ...

    15-12-2019, 15:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (527)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu