"Sən kimsən ki? Sənin özünə nə hörmət qoyublar ki, mənim adımı çəkirsən? Məndən böyükdür, ağıllı olsun. Türkiyədə tapmayıb ozünü. Get süpürgəvi al əlinə, yağış yağanda pəncərəni silərsən". Xatırladaq ki, bu sözləri Röya Məlahət Abbasova haqqında demişdi.
Gecce.az xəbər verir ki, aktrisa Röyanın cavabını bu dəfə "ATV Maqazin onlarla" verilişində verib:
"Sadəcə, gülürəm. Çünki biz şou dünyasının işlərini bacarmırıq. İnsanın qəlbində pislik varsa, onun gözəl işlər yaradacığına inanmıram. Onlara ayıracaq vaxtım yoxdur və özümü orada görmürəm. Haqqımda kimsə nəsə desə, cavab verməyi düşünmürəm. 25 ildi Türkiyədəm, 49 yaşım var.
Keçmişimə baxanda gözəl işlər gördüyümü görürəm. Azərbaycan xalqı sənətə necə gəldiyimi bilir. İllərdi öz sənətçilərimizə görə türklərlə problemim olub. Həmişə bizim ulduzlarımızı verilişə xala xətrin qalmasın deyə, çıxardıblar. Yenə də deyəcəm. Sevdiyim bir müğənnidir. Amma bundan sonra onun haqqında danışmaram, hətta məsləhət belə vermərəm".
Sorğu
Yeni dizaynımız necədir?