"Donuz qripi" ilə əlaqədar səhiyyə müəssisələrinə müraciət edən 100 nəfərə yaxın insandan qan nümunəsi götürülüb.
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qan nümunələrinin nəticələrinə görə Azərbaycanda "donuz qripi" aşkar olunmayıb.
Qeyd edək ki, "donuz qripi" təhlükəsi ilə əlaqədar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb. Eyni zamanda, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında "donuz qripi"nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb. "Donuz qripi" xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripi xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?