Yanacaqdoldurma məntəqələrinin əksəriyyətində vurulan yanacağın hər litrinin üzərinə 0.5 litr "atırlar".
Şikayətçimiz bildirib ki, Nabranda "Azpetrol"dan 65 litr, yəni dolu bak vurub. Lakin, şikayətçimiz stendin ekranına diqqət etdikdə isə 80 litrə yaxın benzinin vurulduğunu görüb. Etirazını bildirdikdə isə, "maşının bakının həcmi səhv göstərir"-cavabı ilə qarşılaşıb.
Sürəddin İsmiyevin bizə ünvanlanan şikayət məktubunu təqdim edirik: "Maşınımın bakının həcmi 65 litr oldugu halda, "polnu bak" benzin vuranda ferq etməz hansı yanacaqdoldurma məntəqəsi olur-olsun stendin ekranına 80 litrə yaxın benzin yazılır. Keçən dəfə benzinim bitib yolda qalmışdım. Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib 2 litrlik butulkaları benzinlə doldurdum. Hər iki litrlik butulka dolduqca ekrandakı sayğac 2 L yox, 2.5 L göstərirdi. Bu isə o deməkdir ki, biz hər 40L benzin vurduqda əlavə 10L-in pulunu ödüyürük. İstənilən yanacaqdoldurma məntəqəsində özünüz də yoxlaya bilərsiz"./olke.az
Sorğu
Yeni dizaynımız necədir?