GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şəkidə fironluq edən rəhbər

Şəkidə fironluq edən rəhbər

Tarix: 13-03-2013, 10:47 Bölmə :Ölkə Baxış: 2 939
Şəkidə fironluq edən rəhbər

Elxan Usubov Gürcüstanda özünə biznes qurub

Zəngin tarixə malik olan şəhəri bərbad hala salan məmurun qonşu ölkədə fındıq zavodu tikdirdiyi iddia olunur
Əlverişli coğrafi mövqedə yerləşən Şəki ölkəyə gələn turistlərin daim diqqət mərkəzindədir. Təsadufi deyil ki, rayonun turizm obyektlərindən hər il milyonlarla gəlir əldə olunur. Ona görə də Şəkiyə icra başçısı gələ bilmək üçün bəzi şəxslər can atırlar. Əvvəlki saylarımızda da yazdığımız kimi, Elxan Usubovun idarəçiliyi rayon camaatını qətiyyən qane etmir. İcra hakiminin bir-birini sıralayan qanunsuzluqları artıq şəkililəri təngə gətirib.
Başçı ilə müavin arasındakı mübahisə şiddətlənir
Bu münasibətlə hətta bir neçə gün öncə rayonun Aşağı Daşağıl kəndinin sakinləri Şəki Şəhərİcra Hakimiyyətinin (ŞİH) binası qarşısına toplaşaraq icra başçısının kəndin su və yol problemlərinin həllini tələb ediblər. Sakinlərlə görüşən icra nümayəndəsi problemlərin tezliklə həll olunacağını bildirsə də, heç bir dəyişiklik baş verməyib. Çünki icra başçısı rayon camaatının problemlərini həll etməkdə maraqlı deyil. Şəkidəki mənbəmizin sözlərinə görə, başçının başı şəxsi məsələlərinin həllinə qarışdığı üçün əhalinin problemlərini yaddan çıxarıb. Xatırladaq ki, icra başçısı bu vəzifəyə qədər uzun müddət bizneslə məşğul olub. Daha sonra 2007-2011-ci illərdə Ağstafa rayonuna başçılıq edib. Burda da eynilə Şəkidəki kimi üsuli-idarə qurub. Əldə etdiyimiz ən son məlumatlara görə, Elxan Usubovun xoşagəlməz fəaliyyəti rayonda işləyən digər məmurların da etirazına səbəb olub. Bunlardan biri bu vaxta qədər 5 başçı yola salmış, ŞİH-in sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyevdir. Hazırda icra başçısı ilə müavini arasında ciddi qarşıdurma yaranıb. Məlumatda bildirilir ki, münaqişəyə səbəb müavinin şəhər bələdiyyəsini ələ keçirmək niyyəti olub. Bunun üçün bələdiyyə sədri Fikrət Cəfərova qarşı təzyiqləri artıran məmurun bələdiyyə sədrliyinə namizədi sinif yoldaşı Gülnaz Salamova olub.
Şəkidə yetişdirilən fındıq və qoz hara daşınır?
Verilən digər məlumatda qeyd olunur ki, “Şəki” oteli, Kiş kəndindəki “Narınqala”, “Şam bağı”, “Cənnət bağı”, Dağüstü park deyilən yerdəki “Panaroma” oteli kimi obyektlərə sahib olan icra hakimi Gürcüstanda da biznes əlaqələri qurub. Təkzibolunmaz mənbənin bildirdiyinə görə, Gürcüstanın dövlət idarələrində çalışan bəzi şəxslərlə münasibət yaradan başçı orda özünə böyük fındıq zavodu tikdirib. Şəkidə yetişdirilən fındıq və qozun böyük hissəsinin məhz Gürcüstandakı zavoda daşındığı deyilir.
Təxmini hesablamalara görə, zavodun illik istehsal gücü 500 min tondan çoxdur. Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına özünə hər cür şərait yaradan başçı haqqında maraqlı məlumatlardan biri də rayonun turizm obyektləri ilə bağlıdır. Son zamanlar bəzi media orqanlarında yazılanlara görə, Xan Sarayına giriş üçün həm piyadalardan, həm sürücülərdən pul alınır. Halbuki vaxtilə adıçəkilən tarixi məkana giriş pulsuz olub. Şəhər ərazisindəki digər mədəniyyət və turzim məkanlarına da giriş pulludur. İlin istənilən vaxtında bu yerlərə turistlərin gəldiyini nəzərə alsaq, kifayət qədər məbləğ yığılır. Bəs, bu pullar kim (lər)in cibinə gedir? Ən dəhşətlisi odur ki, ŞİH-in büdcəsində xeyli vəsait ola-ola aparılan təmir-tikinti işlərinin pulu yerli sahibkarlardan çıxarılır.
Ağstafadan qalan köhnə vərdişlər…
Qeyd edək ki, bu şəxs Ağstafa rayonuna rəhbərlik etdiyi dövrlərdə də sahibkarları incidib. Belə ki, rayonda inşa edilmiş parkların və istirahət mərkəzlərinin dövlət büdcəsi hesabına inşa edildiyi bildirilib. Lakin sonradan üzə çıxıb ki, əslində, parkın inşası və abadlaşdırma işləri üçün ayrılan dövlət pullarının heç də hamısı bu istiqamətdə xərclənməyib. Əksinə, Ağstafanın daha da gözəl görünməsi və abadlaşdırılması üçün Rusiyada yaşayan imkanlı rayon sakinləri maliyyə yardımları edirlər. Görülən işləri isə başçı öz adına çıxarıb. İndi həmin proses Şəkidə təkrarlanır.
Sahibkarlara azad fəaliyyət göstərməyə imkan verməyən məmur onlardan hər ay nəysə alır. Mənbəmizin sözlərindən məlum olur ki, Elxan Usubov Şəkinin ən məşhur istirahət zonalarından olan “Marxal” istirahət mərkəzinin sahibinə də göz verib işıq vermir. Buna səbəb onun adıçəkilən istirahət obyektini öz əlinə keçirmək istəməsidir. İcra hakimi obyektin sahibi Tehran Lətifova bir neçə dəfə təzyiq göstərib, amma “Marxal”ı özəlləşdirən şəxs sona qədər mübarizə aparıb. Gələn saylarımızda Şəkinin səhiyyə, təhsil və mədəniyyət sahəsindəki problemlər, milyonluq yeyinti faktları, bu işlərdə icra başçısının rolu, habelə şəhər rəhbərinin Bakıdakı biznesi və digər maraqlı məlumatlar barədə xəbər verəcəyik. Sonda onu qeyd edək ki, icra başçısı belə özbaşına əməlləri ilə vəzifəsini ciddi təhlükə qarşısında qoyub. Nazirlər Kabinetindəki mənbələrin açıqladığı məlumata görə, vəzifədən çıxarılacağı gözlənilən şəxslər arasında Elxan Usubovun adı ilk sıralardadır.

Kamil
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəkinin Fironu

    Şəkinin Fironu ...

    3-12-2012, 02:10

  • 
  • Şəkinin Fironu

    Şəkinin Fironu ...

    3-12-2012, 02:05

  • 
  • Sakinlər İcra Hakimiyyətinə yürüş etdi - Şamaxıda etiraz aksiyası

    Sakinlər İcra Hakimiyyətinə yürüş etdi - Şamaxıda ...

    4-03-2015, 23:14

  • 
  • Həbsxanadan Şəkinin icra başçısından şikayət var

    Həbsxanadan Şəkinin icra başçısından şikayət var ...

    29-03-2014, 15:50

  • 
  • Daha bir icra başçısı özünə gənc müavin seçdi

    Daha bir icra başçısı özünə gənc müavin seçdi ...

    10-12-2013, 16:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu