İcra başçısı Elxan Usubov öz müavini, bu vaxta qədər 5 başçının «yola salmağa» nail olmuş Firon Əliyevi ram edə bilmir
Ölkə başçısının Şəki səfəri öncəsi bu rayonda baş verən bəzi maraqlı korrupsiya faktları barədə oxucularımıza vermişdik. Həmin məlumat yazıldığı əsnada rayonun icra başçısı hələ vəzifəyə yeni təyinat almışdı və kimsə onun necə fəaliyyət göstərəcəyini bilmirdi. Lakin geridə qoyduğumuz müddət yeni başçı Elxan Usubovun fəaliyyətini dəyərləndirməyə kifayət edir. Prezidentin səfəri öncəsi həyata keçirilən kosmetik abadlıq və quruculuq işlərinin səfər reallaşdıqdan sonra qəfil dayandırılması, əslində Elxan Usubovun fəaliyyətinin aynası ola bilər. Şəhər sakinlərinin dediyinə görə, Elxan Usubovun gəlişindən sonra Şəki nəinki abadlaşıb, əksinə, bir az da tanınmaz hala düşüb. Şəkidən daxil olan məlumata görə, Elxan Usubovun rayona başçı təyin olunmasından qısa müddət sonra onunla müvini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyev arasında ciddi qarşıdurma yaranıb. Məlumatda bildirilir ki, munaqişəninin səbəbi E. Usubovdan əvvəl 5 başçı “yola salan” Firon Əliyev Usubovun təyinatından dərhal sonra uzun müddətdir ki, ən yaralı yeri olan Şəhər Bələdiyyəsini də ələ keçirmək niyyətinə düşməsi olub. Bunun üçün bələdiyyə sədri Fikrət Cəfərova qarşı təzyiqləri artıran F. Əliyevin bələdiyyə sədrliyinə namizədi sinif yoldaşı Gülnaz Salamova olub. Lakin yeni başçı Şəkidə uzun müddət bizneslə məşğul olduğundan Əliyevin rayonun bütün iqtisadi rıçaqlarını əlində cəmləşdirdiyini bildiyi üçün onun bu həmləsinin qarşısını alıb. Nəticədə isə özünə böyük və mehriban düşmən qazanıb. Nəzərə alsaq ki, uzunmüddətli fəaliyyəti boyu rayonun az qala bütün əhəmiyyətli postlarına öz adamlarını təyin etdirən Firon Əliyevin qardaşı Nütvəli Əliyev rayon Statistika Şöbəsinin sədridir, o zaman Fikrət Məmmədovun kadrı Firon Əliyevin Cahangir Hacıyevin nəzarətində olan Usubova təkcə mənəvi deyil, həm də Bakıya göndərilən rəqəmlər vasitəsiylə də təzyiq etdiyi məlum olar. Başqa sözlə, hazırda Şəkinin iki məmur Firon Əliyev və Elxan Usubov arasında bölüşdürülməsi uğrunda savaş gedir. Bunun ağrısını isə sadə şəkililər çəkir. Yazıda adı keçən şəxslərin mövqelərini dərc etməyə hazırıq…
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?