GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Müasir mahnılarımız niyə yadda qalmır? - SORĞU

Müasir mahnılarımız niyə yadda qalmır? - SORĞU

Tarix: 22-01-2016, 16:19 Bölmə :Ölkə Baxış: 0
Müasir mahnılarımız niyə yadda qalmır? - SORĞU

Alman mütəfəkkiri Höte deyib: "İfadənin etibarlı olması natiqin düşüncəsinə necə qanadlar taxırsa, musiqi də duyğunu elə qanadlandırır".

Buna görə də bəstəkarlar hər zaman ruhu oxşayan musiqilər yazmağa çalışırlar. Son dövlər isə yerli müğənnilər mahnıların yaddaqalan olmamasından şikayətlənirlər. Bəs görəsən, bunun günahkarı kimdir? Müğənni bəstəkarı, bəstəkar və sözyazarı, ifaçıları, aranjmançıları günahlandırır.

gundemxeber.az bildirir ki, axşam.az tanınmışlar arasında sorğu apararaq yeni mahnıların tez unudulmasının səbəbini araşdırıb.

Bir çox tanınmış mahnıların bəstəkarı olan Nailə Mirməmmədli ifaçıları zövqsüzlükdə günahlandırıb:

"Bunun tək səbəbi ifaçıların zövqünün aşağı düşməsidir. Mən çox az müğənni ilə işləyirəm. Gözləyirəm, qalanlarının zövqü düzəlsin. Eşitdiyim çox mahnıları qarışdırıram. Çünki bir-birinə çox bənzəyir, sözləri təkrar olur. Yenilik yoxdur. Röya, Niyam Salami, Xuraman Qasımova üçün mahnılar yazmışam. Çalışıram ki, eyni səpkidə bəstələr olmasın. Özüm-özümü təkrarlamağı belə istəmirəm. Başqa bəstəkarlar da bunlara diqqət etsə, mahnılar yaddaqalan və keyfiyyətli olar".

Bəstəkar Gövhər Həsənzadə bunun səbəbini mahnıların keyfiyətsiz olmasında görür. O, müğənnilərin çox pul xərcləmək istəmədiklərini iddia edib:

"Müğənni seçimini özü edir. Eləsini seçsin ki, yaddaqalan olsun. Yazıb-yaradan bəstəkarlarımız çoxdur. Biz mahnı problemi yaşamırıq. Hətta gənc bəstəkarlarımız da yetişir. Bu, maddiyata söykənir. Mahnılar peşəkar, keyfiyyətli hazırlanmır. Peşəkarlarla çalışılsa, daha çox sevilər. Musiqinin hazırlanması da mətbəxdir. Mətbəxdəki usta keyfiyyətli məhsullardan istifadə etsə, yaxşı alınar. Mahnı kim üçün, hansı tərzdə yazılır, tonallıq düzgün seçilməlidir, ifa edəcək müğənninin səsinə uyğun aranjman olunmalıdır. Bizdə bunlara az diqqət edilir. Hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır. Bəlkə də bəstəkar mahnını gözəl yazır, amma dinləyiciyə təqdim olunan versiya o deyil".

Şair Baba Vəziroğlu son dövrlərdə "falş" mahnıların çox olduğunu iddia edib:

"Yaxşı mahnı unudulmur. Mahnı 3 nəfərin - müğənni, bəstəkar və şairin döyünən ürəyidir. "Falş" mahnılar uğurlu alınmaz. İstedad, ali təhsil vacibdir. İndi istedadlılar kənarda qalıb, qeyri-peşəkarlar musiqi bəstələməyə başlayıb. Bu cür mahnılar da təqdim olunur və iki gündən sonra da yaddan çıxır. Bəzən müəllifə elə gəlir ki, mahnısı hitə çevriləcək, amma əksi olur. Bu da bəstənin reseptinə uyğun hazırlanmamasıdır".

Xalq artisti Mübariz Tağıyev bəstəkarların zamanın nəbzini tutmadığını bildirib:

"Zamanın nəbzini tutmaq lazımdır. Xalq musiqisini oxuyanlar şərq aləmindən, estradadakılar isə qərbdən nələrsə axtarır. Peşəkar bəstəkarlar incik gəzirlər ki, bizi dindirən yoxdu, dolanacağımız yoxdur. Əldəqayırma bəstəkarlar dövrün sürür, not bilməyənlər aranjmanla məşğuldur. Əvvəl bir qurum var idi, Cavanşir Quliyev başçılıq edirdi. Həvəskar bəstəkarların mahnılarını gözdən keçirir, düzəlişlər edirdilər. İndi belə hal yoxdur. İndi hamı müasirlik arxasınca qaçır. Bu isə Azərbaycan musiqisinə yamaq kimi görünür. Tofiq Quliyev, Rauf Hacıyev, Emin Sabitoğlu səviyyəsində bəstəkar var? Elə çıxmasın ki, mən köhnə fikirliyəm. Sadəcə, onların mahnıları bu gün yaşayır və müasirdirlər. İndikilərin 3 akkord üstündə qurduğu mahnı nə olacaq? Fırıldaq mahnılar çoxdur. Mənbələrini də bilirik, hansı mahnını götürür, nəyə calayırlar. Bunun çarəsi olmalıdır. Yoxsa musiqimizi itirəcəyik. Yenilikdən geri qaçmaq lazım deyil. Amma neçə ildir, onun arxasınca qaçırıq, tuta bilmirik. Bu, böyük bəladır. Niyə müasir estrada bu gündədir? Niyə biz gedib hansısa əcnəbi bəstəkara "Eurovision" üçün mahnı sifariş veririk? Axı musiqinin ən yaxşısı bizdə olub".

Bəstəkar-müğənni Pərviz Mahmudov isə müğənniləri paxıllıqda günahlandırıb:

"Xoşbəxt müəllifəm ki, 10 ildir mahnılarım səsləndirilir və yadda da qalır. Mən bir neçə müğənniyə "vizit-kart" verdim. Onlardan biri Günay İbrahimli, digəri Sevda Yahyayevadır. Gözəl mahnılarımız yazılır. Amma əksəriyyəti plagiatdır. Öz bəstələrimin oxşarlarını çox eşidirəm. Bu cür mahnı necə yaddaqalan olsun? Əvvəl bir mahnı yazılırdı, onu həm Şövkət Ələkbərova, həm Mirzə Babayev oxuyurdu. İndi isə bir müğənni mahnını oxuyur, deyir, "Məndən başqa heç kim ifa etməsin". Bunun əleyhinəyəm. Bəstələrimin ağası özüməm. Düşünürəm ki, müəllifdən icazə alıb, hamı oxuya bilər. Beləcə, mahnı çox səslənər, yaddaqalan olar. Bu yaxınlarda müğənnilər arasında sorğu keçirilmişdi ki, "2015-ci ilin ən yaddaqalan mahnısı". Hamı bayağı musiqilərin adını çəkdi. Sonra da çıxıb efirdə bayağı mahnıları pisləyirlər".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Telekanallarda oxunan mahnılar yoxlanılacaq

    Telekanallarda oxunan mahnılar yoxlanılacaq ...

    6-11-2015, 14:16

  • 
  • "Məni Röya ilə heç kim barışdıra bilməz"

    "Məni Röya ilə heç kim barışdıra bilməz" ...

    27-10-2015, 17:30

  • 
  • Bəstəkar Nailə Mirməmmədli vəfat etdi

    Bəstəkar Nailə Mirməmmədli vəfat etdi ...

    4-01-2021, 12:20

  • 
  • Məşhur Azərbaycan bəstəkarı İsraildə öldü

    Məşhur Azərbaycan bəstəkarı İsraildə öldü ...

    23-01-2014, 21:35

  • 
  • Müğənnilər ansambl və prodüserinə görə vergi ödəyir? - SORĞU

    Müğənnilər ansambl və prodüserinə görə vergi ...

    4-12-2015, 18:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu