Oktyabrın 17-də Qara dənizin Ukraynanın Odessa vilayəti sahillərində səyahət gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
gundemxeber.az "report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatında bildirilib. Məlumata görə, qəza zamanı gəminin göyərtəsində 36 nəfər olub. Onlardan 22 nəfəri xilas edilib. Zərərçəkənlərdən 8 nəfəri hazırda xəstəxanadadır. "İvolqa" gəmisi Odessanın Zatoka qəsəbəsi sahillərində çevrilib. Bu gün Odessada qəza qurbanlarının xatirəsi üçün matəm elan edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?