Yeni Papa seçilmiş Fransisk (Xorxe Mario Berqalio) Argentinada erməni icmasının dostu olub
APA-nın eurasianet.org saytına istinadən verdiyi məlumata görə, erməni diasporu ümid edir ki, yeni Papa bu dostluğu yeni evi olan Vatikana da daşıyacaq. Berqalio həmişə Osmanlıların ermənilərə qarşı qırğın törətməsi ilə bağlı keçirilən rituallara qatılıb. Arxiyepiskop kimi o, daim Türkiyəni bu hadisəni boynuna götürməyə çağırıb. Papa Dağlıq Qarabağın Azərbaycanın tərkibindən ayrılaraq, müstəqilliyini elan etməsini dəstəkləmək barədə təklifləri rədd etdikdən sonra 1915-ci il hadisələrinin soyqırımı kimi tanıdılması onun ermənilər üçün dünya miqyasında edə biləcəyi əsas məsələyə çevrilib. “Azadlıq” radiosu yazır ki, Vatikan lobbiçilikdən sığortalanmayıb və bəzi etnik ermənilər, xüsusilə Argentina erməniləri Papanın məhz bu məsələdə onların mövqeyini müdafiə edəcəyinə ümidlidirlər. Lakin rəsmi İrəvan bu işin Vatikanda aparılması məsuliyyətini tək diasporun üzərinə atmayıb. Təxminən bir ay əvvəl Ermənistan prezidenti Serj Sarkisyan öz yeznəsi Mixayel Minasyanı ilk dəfə Vatiakana səfir təyin edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?