Vatikanda Müqəddəs Pyotr meydanına 200 minə yaxın adamın toplaşacağı gözlənilir
Sabah istefa verməyə hazırlaşan Roma Papası 16-cı Benedikt bu gün ictimaiyyət qarşısında sonuncu çıxışını edəcək. Vatikanda Müqəddəs Pyotr meydanına 200 minə yaxın adamın toplaşacağı gözlənilir. 16-cı Benedikt pontifik qismində sonuncu dəfə papamobillə izdiham arasından keçəcək. Sabahdan onun istefaya getmək qərarı qüvvəyə minəcək. Yaxın günlərdə isə kardinallar görüşərək, yeni Roma Papasının seçilməsinin qrafikini tərtib edəcəklər. Vatikanın məlumatına görə, Roma Papası 16-cı Benedikt Apostolo vəzifəsindən getdikdən sonra «fəxri papa» adını alacaq. Xatırladaq ki, 85 yaşlı pontifik istefaya gedəcəyini fevralın 11-də bəyan etmişdi. Ötən həftəsonu Roma Papasının sonuncu bazar ayininə bütün dünyadan və İtaliyanın digər şəhərlərindən 200 mindən çox adam toplaşmışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?