Rusiyadan Azərbaycana qonaq gələn Telli Axranovanı son dəfə vağzalın ətrafında görüblər. Sumqayıtdan Bakıya gələn 15 yaşlı qız müəmmalı şəkildə yoxa çıxıb.
Bu barədə anspress-ə onun valideynləri məlumat veriblər. Məlumata görə, 2001-ci il təvəllüdlü Telli Asif qızı Axranova yanvar ayının 25-də Sumqayıtda 1-ci mikrorayon ərazisində yerləşən mənzildən çıxıb və bir daha geri qayıtmayıb. Onun valideynləri deyirlər ki, qızlarını evdən çıxandan sonra sonuncu dəfə Bakı Dəmiryol Vağzalının ətrafında görüblər:
"Bizim ailəmiz Rusiyada yaşayır. Sumqayıta qonaq gəlmişdik. Telli evdən çıxan gün ailə üzvlərindən heç kimlə arasında mübahisə baş verməyib. Onun evə qayıtmadığını görüb Sumqayıt şəhərinin 1-ci polis bölməsinə və Bakının Nəsimi rayon Polis İdarəsinə məlumat verilib. Polisin araşdırmaları zamanı qızımızın Bakı-Sumqayıt qatarı ilə paytaxta gəldiyi məlum olub. Telli Rusiyada yaşadığı üçün Azərbaycanda təhsil almayıb".
15 yaşlı qız evdən çıxarkən onun əynində qara gödəkcə, qəhvəyi şalvar, qırmızı papaq, qırmızı şarf (fotoda görünən şarf və papaq) olub.
Telli Axranovanın boyu 154 sm, çəkisi 60 kq-dır.
Onu görənlərdən, yaxud barəsində hansısa məlumatı olanlardan 055-328-46-80 və 055 949-20-30 nömrəli telefonlara zəng etmələri xahiş olunur.
Sorğu
Yeni dizaynımız necədir?