GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Adil Məmmədovla Eldar Mahmudov arasında 600 000 manatlıq razılaşma

Adil Məmmədovla Eldar Mahmudov arasında 600 000 manatlıq razılaşma

Tarix: 27-01-2016, 20:29 Bölmə :Ölkə Baxış: 0
Adil Məmmədovla Eldar Mahmudov arasında 600 000 manatlıq razılaşma

Qobustan RİH-nin başçısı məhz bu məbləğin müqabilində öz toxunulmazlığını təmin edə bilib

Dünən bizimdovr.az-a daxil olmuş növbəti məlumatda Qobustan RİH-nin başçısı Adil Məmmədovun bir müddət bundan əvvəl keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun hədəfinə necə düşdüyü və bu səbəbdən almalı olduğu zərbələrdən necə yayına bildiyinə dair olduqca maraqlı açıqlamalar verilir. Mənbə bildirir ki, həmin dövrdə MTN-nin Qobustan rayon şöbəsinə rəhbərlik etmiş Təhmasib adlı əməkdaşı rayonun Polis Şöbəsinin rəisi Eminağa Zeynalovla kifayət qədər səmimi dostluq əlaqələrində olub. Bu səmimiyyətdən öz məqsədləri üçün yararlanan Təhmasib qısa zaman ərzində, rayonda gedən müəyyən proseslər barədə kifayət qədər ətraflı məlumat toplaya bilib. Nəticədə başçı Adil Məmmədovun müxtəlif idarə, təşkilat və müəssisə rəhbərləri ilə birgə həyata keçirdiyi çeşidli maxinasiyaların təfərrüatlarına dair inkarolunmaz dəlillər əldə olunub. Mənbənin deməyinə görə, məlumatların əldə olunması prosesi müddətində Təhmasib mütəmadi olaraq MTN rəhbərliyinə işin gedişi barədə məruzələr də edib. Öz növbəsində Eldar Mahmudov isə, sonda Adil Məmmədovun vəzifədən kənarlaşdırılacağına və hətta onun yerinə məhz Təhmasibin təklif etdiyi şəxsin təyin olunacağına söz verib. Çox keçmir ki, Təhmasib Adil Məmmədovun yerinə “öz namizədinin” adını da açıqlayır. Bu şəxs Qobustan RİH başçısının Qobustan şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsi Qoşqar Qarayev olur. Lakin başçının dəyişilməsi əməliyyatının uğurla başa çatması üçün müəyyən maliyyə dəstəyi də tələb olunurdu. Bu məqsədlə də Təhmasib elə rayonun özündəcə bir neçə məmuru bu işə cəlb edir. İcra başçısının I müavini Məharət Əkbərov, 8 saylı Qobustan Yol İstismar İdarəsinin müdiri Əlikram Cavadov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi (keçmiş) Elşən Rəcəbov və əlbəttə ki, bizim köhnə tanışımız, Qobustan şəhər 1 saylı tam orta məktəbin direktoru İmran Sabirov bu qərara gəlirlər ki, Adil Məmmədovun vəzifədən gedişindən sonra öz mövqeylərini itirməmək üçün 600 000 (altı yüz min) manat pul toplayıb versinlər. Təbii ki, həmin məqamda başçının MTN-in “ilgəyinə keçməsi” bu məmurlara da böyük sıxıntılar yaşadacaqdı. Məhz elə buna görə də, onlar öz səxavətlərini nümayiş etdirmək məcburiyyətində idilər. Açıqlamaya görə, yalnız Əlikram Cavadovun həmin vaxt nəğd pulla müəyyən sıxıntıları olur ki, o da öz payına düşən məbləğin əvəzinə 300 baş qoyun verməklə vəziyyətdən çıxır. Amma necə olursa, MTN-nin hazırladığı və yerli məmurların dəstək verdikləri bu “gizli əməliyyat”ın üstü vaxtından bir qədər əvvəl açılır. Təbii ki, məsələdən xəbər tutan Adil Məmmədov da əks-tədbirlər planı işləyib hazırlayır. Qısası, Eldar Mahmudova çatmalı olan məbləği Adil Məmmədov özü verir. Əvəzində isə, Təhmasibin də işdən çıxarılması bir şərt kimi irəli sürülür. Məlumata görə, tərəflər tam razılığa gəlirlər və Təhmasib işdən azad edilir. Təbii ki, Qoşqar Qarayev də işdən çıxarılır. Elşən Rəcəbov isə, fəaliyyətində aşkar edilmiş korrupsiya faktlarına görə həbs olunur. Amma digərləri hələ ki, öz yerlərində qalmaqdadırlar. Mənbə bildirir ki, Əlikram Cavadov yaşına görə, İmran Sabirov başçı haqqında bir çox kompramatlara sahib olduğuna görə, Məharət Əkbərov isə, RİH-nin bütün işini apardığına görə öz vəzifələrində qala bilirlər. Mahmudova verilmiş 600 000 manatı isə, “sui-qəsd”çilər başçıya tamamən ödəməli olurlar. Əlikram Cavadov da 300 baş qoyunla cərimələnir.
Həmçinin mənbə belə bir maraqlı məqama da diqqəti cəlb edir ki, Adil Məmmədovun Prezident Administrasiyasında işləyən oğlu Fuad Məmmədovla, keçmiş MTN generalı Akif Çovdarovun Milli Məclisdə işləyən oğlunun dostluq münasibətləri olub. Elə bu dostluq zəminində də, bir neçə il bundan əvvəl Fuad Məmmədovun törətdiyi və ölümlə nəticələnmiş yol-nəqliyyat qəzası ətrafında açılmış cinayət işinin “bağlanmasını” məhz Akif Çovdarov təmin edib.

Materialda adı keçən bütün tərəflərin mövqeyini işıqlandıra bilərik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA

    Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? ...

    15-09-2020, 09:46

  • 
  • ŞOK fakt açıqlandı Qobustan rayonunda  maliyyə maxinasiyalarını həyata keçirən kimdir?

    ŞOK fakt açıqlandı Qobustan rayonunda maliyyə ...

    25-01-2016, 16:36

  • 
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18

  • 
  • Malik İsaqovun xam xəyalı... - Eldar Əzizov buna imkan verməz...

    Malik İsaqovun xam xəyalı... - Eldar Əzizov buna ...

    29-03-2019, 21:08

  • 
  • Eldar Mahmudov məmurları necə dinləyib?

    Eldar Mahmudov məmurları necə dinləyib? ...

    30-10-2015, 23:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (532)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu