GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ŞOK fakt açıqlandı Qobustan rayonunda maliyyə maxinasiyalarını həyata keçirən kimdir?

ŞOK fakt açıqlandı Qobustan rayonunda maliyyə maxinasiyalarını həyata keçirən kimdir?

Tarix: 25-01-2016, 16:36 Bölmə :Ölkə Baxış: 0
ŞOK fakt açıqlandı Qobustan rayonunda  maliyyə maxinasiyalarını həyata keçirən kimdir?

ŞOK fakt açıqlandı
Qobustan rayonunda maliyyə maxinasiyalarını həyata keçirən kimdir?

Ölkə prezidenti müxtəlif vaxtlarda etdiyi çıxışlarında mövcud neqativ halların aradan qaldırılması işində mətbuatın da rolunu xüsusi olaraq vurğulayıb. Belə çıxışların birində dövlət başçısı məmur özbaşınalıqları barədə deyib: “Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq”.
Elə yeni ilin ilk günlərində bizimdovr.az-a daxil olan yeni açıqlamalarda da məhz dövlət başçısının bu tələblərinə qarşı çıxan növbəti məmur özbaşınalıqlarından xəbər verilir. Bu dəfəki məlumatlar isə, Qobustan Rayon İcra Hakimiyyəti rəhbərliyinin yarıtmaz fəaliyyəti, eləcə də şəxsən RİH başçısı Adil Məmmədovun rəvac verdiyi konkret maxinasiyalar barədədir. Qeyd edək ki, Adil Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 aprel 2011-ci il tarixli, 1471 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Məlumatları redaksiyamıza təqdim edən mənbə bildirir ki, hal-hazırda rayonda qızğın müzakirələrə səbəb olmuş bu maxinasiyalar əsasən üç istiqamətdə reallaşmaqdadır. İlk növbədə, mənbə “Adil” MMC-nin fəaliyyətini diqqət mərkəzinə çəkir. Bu xüsusda açıqlamada bildirilir ki, Masallı rayonunda dövlət qeydiyyatından keçmiş bu şirkət birbaşa Qobustan RİH-nin başçısı Adil Məmmədova məxsusdur. Həmin şirkətin vasitəsilə, il ərzində Qobustan rayonunda yerləşən bütün dövlət qurum və müəssisələrinə, eləcə də bələdiyyə orqanlarına avadanlıq və ləvazimatların alınması üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi həyata keçirilir. Bu məqsədlə, ayrılan vəsaitlər “Adil” MMC-nin bank hesabına köçürülür. Sonra isə həmin pullar nağdlaşdırılaraq, hesabdan çıxarılır. Bu zaman vəsaitlərin cəmi 70%-i tələb olunan inventarların alınmasına sərf olunur. Qalan 30% isə, bilavasitə Adil Məmmədov tərəfindən mənimsənilir.
Açıqlamalarda Qobustan RİH-nin rəhbərliyi tərəfindən törədildiyi iddia olunan maxinasiyalardan ikincisi Mehdi Hüseynzadə adına sovxozun ərazisi ilə bağlıdır. Mənbə bildirir ki, sovxozun balansında kənd təsərrüfatı ilə məşğul olmaq üçün yararlı olan 800 hektar ərazi vardır. Lakin, başçı Adil Məmmədov və sovxozun direktoru Zümrüd Şərifova öz aralarında razılığa gələrək, Dövlət Reyestr Xidmətində həmin ərazini qeydiyyata alarkən, onun sahəsini cəmi 500 hektar göstəriblər. Qalan 300 hektar isə, Kənd Təsərrüfatı Nazirliyindən “gizlədilərək”, bu iki məmurun şəxsi mənafeyləri üçün istifadə olunmaqdadır. Yeri gəlmişkən, mənbə Adil Məmmədov və Zümrüd Şərifova arasında ilişiklərin təkcə “işgüzar” xarakterli olmadığını da vurğulayır. Hətta yeni il ərəfəsində Ukraynaya birgə səfər də etdikləri rayonda çoxlarına məlumdur. Həmçinin mənbə məhz bu münasibətlərin aşkar təzahürü kimi, bir müddət əvvəl Zümrüd Şərifovanın qardaşı Mehmanla bağlı baş vermiş insidentdə icra başçısının rolunu da diqqət mərkəzinə çəkir. Bildirilir ki, hələ iki ay bundan öncə, Mehman Şərifov öz həyat yoldaşı Sevinc Kərimovanı qəddarcasına döyərək, ona ağır xəsarətlər yetirmişdir. Nəticədə digər xəsarətlərlə yanaşı, qabırğa sınması diaqnozu ilə də Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş Sevinc Kərimova polisə müraciət etmişdir. Lakin məhz bu məqamda işə Adil Məmmədov qarışaraq, Qobustan RPŞ-nin rəisinə təzyiq göstərmiş və cinayət işinin açılmamasını təmin etmişdir. Qeyd edək ki, bizdə olan məlumata görə, hazırda Sevinc Kərimova keçmiş həyat yoldaşından ayrılaraq Bakıda yaşayır.
Nəhayət, aldığımız məlumatlarda Adil Məmmədovun rəvac verdiyi maxinasiyalardan üçüncüsü kimi də “Polad-İnşaat” şirkətinin rayondakı fəaliyyəti ilə bağlı qanun pozuntuları diqqət mərkəzinə gətirilir. Mənbə bildirir ki, türkiyəli iş adamı Polad Cəmilin rəhbərlik etdiyi bu şirkət hazırda Qobustan ərazisində yol çəkilişi işlərilə məşğuldur. Bu məqsədlə də hazırda şirkət rayonun dörd müxtəlif ərazisindən: Cəngi, Ceyrankeçməz, Diri Baba türbəsinin arxası və Pirsaat çayının üzərindəki çınqıl karxanasından torpaq daşınması həyata keçirir. Məlumdur ki, bu torpaq daşınmaları yerli bələdiyyələrlə müqavilələr bağlanmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında həyata keçirilməlidir. Həmçinin Torpaq haqqında qanuna görə, torpağın daşınaraq satılması kateqoriyalara görə konkret müəyyən olunan qiymətlərlə tənzimlənməlidir. Baxılan halda, göstərilən ərazilərdən daşınan torpağın hər bir kub metrinə görə yerli bələdiyyə orqanının hesabına 50 qəpik ödənilməlidir. Mənbə bildirir ki, göstərilən ərazilərdən torpaq iri tutumlu “Shacman” yük maşınları ilə, hər gün 250-300 reys olmaqla daşınır. Hər maşının tutumu isə 60-70 kub.metrdir. Beləliklə, gün ərzində daşınan torpağın ümumi qiyməti təxminən 8-10 min manat civarında olsa da, indiyədək yerli bələdiyyələrdən yalnız birinin hesabına, həm də cəmi 1 min manat pul ödənilib. İddia olunur ki, “Polad-İnşaat” şirkətinin həyata keçirdiyi torpaq daşımalarına görə ödənilən pullar da məhz başçı tərəfindən mənimsənilir.
Göründüyü kimi, Qobustan RİH-nin başçısı Adil Məmmədova qarşı irəli sürülmüş ittihamlar kifayət qədər əsaslı və ciddidir. Həm də dünyanı bürümüş qlobal iqtisadi böhranın öz təsirlərini artıq ölkəmizə də göstərməyə başladığı bir vaxtda, dövlət məmurunun bu kimi mənimsəmələrə rəvac verməsi tamamilə yolverilməz bir haldır. Belə ki, yeni ilin ilk günlərindən redaksiyamıza Qobustandan daxil olmağa başlayan məlumatlarda bu rayonun İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun yarıtmaz fəaliyyətindən, bu məmurun rəvac verdiyi konkret maxinasiyalardan bəhs olunur. Lakin rayondan şikayət məktubları gəlməkdə hələ də davam edir. O cümlədən, bu günlərdə redaksiyamıza təqdim olunan yeni açıqlamalarda da Qobustan sakinlərinin növbəti etiraz və şikayətləri əks olunub. İlk növbədə, yeni aldığımız məlumatlarda Adil Məmmədovun daha bir ərazi “istilasından” bəhs edilir. Bildirilir ki, icra başçısı bu torpaq sahəsini Qobustan şəhərində yerləşən Şəhidlər Xiyabanına aid olan parkın ərazisindən zəbt etmişdir. Həmin ərazidə isə, Adil Məmmədov özünə 3 mərtəbəli, dəbdəbəli bir villa inşa etdirmişdir. Məlumatlarda təqdim olunan növbəti açıqlama isə, sanki “başçının villası” mövzusunun davamını təmin edərək, artıq Adil Məmmədovun həm bu villanı, həm də bir çox digər mülk və obyektlərini məhz hansı gəlirləri hesabına tikdirməsi məsələsinə müəyyən qədər aydınlıq gətirir. Açıqlamada deyilir: “Bir müddət əvvəl, Qobustan rayonu ərazisindən keçən Bakı – Şamaxı magistral yolunun Qobustan şəhəri və Cəngi kəndi ərazilərinə aid olan hissəsində hasarlama işlərinin aparılması üçün, dövlət tərəfindən 390 000 (üç yüz doxsan min) manat məbləğində vəsait ayrılıb. Lakin bu işlərin görülməsinə heç yol-istismar idarəsi, və yaxud da hansısa ixtisaslaşmış şirkət cəlb olunmadı. Ola bilsin ki, müəyyən görüntü yaratmaq, sənədləşmə işlərini “düzgün” aparmaq məqsədilə hansısa tender oyunu da oynalınıb. Amma bundan heç kəsin xəbəri də olmayıb. Göz önündə olan isə budur ki, yolun kənarında hasarlama işləri ucuz materiallardan istifadə olunmaqla, həm də qeyri-peşəkarların təqdim etdikləri ucuz işçi qüvvəsi hesabına görülüb. Dövlət tərəfindən ayrılan 390 000 manat məbləğində vəsait isə, Qobustan RİH-nin başçısı Adim Məmmədov tərəfindən mənimsənilib”.
Daha sonra məlumatlarda icra başçısının şəxsi heyvandarlıq təsərrüfatı barədə maraqlı açıqlama verilir. Bildirilir ki, bu gün Adil Məmmədova məxsus mal-qara sürülərində olan heyvanların sayı, ümumilikdə Qobustan rayonunda əhaliyə məxsus olan bütün iri buynuzlu heyvanların ümumi sayından daha çoxdur. Buna görə də, qobustanlılar yarı zarafat, yarı ciddi deyirlər ki, rayonda fəaliyyət göstərən baytarlıq şöbəsinin də işi yalnız Adim Məmmədovun sürülərinə nəzarət etməkdən ibarətdir. Digər tərəfdən də, məlumatlarda, yerli sakinlərin məişət-təsərrüfat problemlərindən yararlanan icra başçısının, bu məsələni də məhz öz mənafeyi baxımından dəyərləndirdiyi vurğulanır. Bildirilir ki, rayonda uzun illərdən bəri mövcud olan susuzluq problemi Adim Məmmədovun əsil gəlirli biznesinə çevrilib. İddialara görə, bu gün Qobustan əhalisinə maşınlarla su satışını təşkil edən şəxs də məhz elə icra başçısının özüdür.
Sonda daha bir maraqlı açıqlama da, yenə də icra başçısının rayonun hüquq-mühafizə orqanlarının işinə müdaxilələri barədədir. Yuxarıda qeyd etdiyimiz kimi yolverilməz müdaxilədən bəhs olunur. Amma görünür, Qobustan RİH başçısının fəaliyyətində bu kimi hallar artıq çoxdan adi normaya çevrilmişdir. Bu dəfə isə, Adil Məmmədovun “dadına çatdığı” şəxs Qobustan Şəhər 1 saylı tam orta məktəbin direktoru İmran Sabirovun oğlu olub. Məlumdur ki, bu məktəb direktoru icra başçısının “xüsusi himayəsində”dir. Amma bu dəfə icra başçısının dəstəyi məhz onun oğluna yönəlib. Mənbə bildirir ki, 14 yanvar 2016-cı il tarixində, İmran Sabirovun oğlu Mübariz Sabirov və onunla birlikdə daha iki şəxs, Ənvər Ağayev və Bəyzadə Şahbalayev (məshəti türkü) Qobustan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərilərində narkotik vasitələr aşkar olunub. Bundan sonra həmin şəxslər şöbəyə aparılıblar. Lakin məsələyə dərhal müdaxilə etmiş Adil Məmmədovun tələbilə Mübariz Sabirov tezliklə sərbəst buraxılmışdır. Digər iki şəxs isə, hələ də şöbədə saxlanılırlar...

Ümid edirik ki, müvafiq qurumlar bütün bu deyilən məqamların araşdırılması və məsələyə tam aydınlıq gətirilməsi istiqamətində lazımi tədbirləri görəcəklər.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


P.S. Məlumatları təqdim edən mənbə, növbəti açıqlamalarda Adil Məmmədovun oğlu Aqil Məmmədovun saxta sənəd və dövlət nömrə nişanı ilə BMW markalı avtomobili necə satmasından, eləcə də başçının Prezident Administrasiyasında işləyən digər oğlu, Fuad Məmmədovun törətdiyi cinayət hadisəsinin necə ört-basdır olunmasından bəhs olunacağını bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev: «O məmurlar bilsinlər ki...»

    İlham Əliyev: «O məmurlar bilsinlər ki...» ...

    22-07-2015, 13:35

  • 
  • Hər mənbədən doğru xəbər çıxmır

    Hər mənbədən doğru xəbər çıxmır ...

    8-02-2016, 21:28

  • 
  • Əli Əhmədov: Təhsil sahəsində neqativ hallar hələ də var

    Əli Əhmədov: Təhsil sahəsində neqativ hallar hələ ...

    28-11-2018, 15:46

  • 
  • Dövlət başçısı: "Jurnalistlər mənim köməkçilərimdir"

    Dövlət başçısı: "Jurnalistlər mənim ...

    20-07-2017, 14:45

  • 
  • Daha bir jurnalistin həbs olunmaq təhlükəsi var

    Daha bir jurnalistin həbs olunmaq təhlükəsi var ...

    17-03-2017, 20:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu