Türkiyə və Rusiya arasında qarşıdurma Azərbaycanı narahat edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, rəsmi Bakı bu qarşıdurmanın region ölkələrinə mənfi təsir etməyəcəyinə ümid edir.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bundan əvvəl Türkiyə və Rusiya xarici işlər nazirləri ilə region ölkələri arasında münasibətlərə zərər vurmaması üçün gərginliyin azaldılması məqsədilə danışıqlar aparıb: "Bizim Türkiyə ilə strateji tərəfdaşlığımız var və Rusiya illə də sıx münasibətləri saxlayırıq. Bununla əlaqədar olaraq, biz məsələnin həlli üçün maksimum səy göstərməyi təklif edirik".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?