GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ƏBƏDİ YAŞAR ÜMUMMİLİ LİDERİMİZİN 132 YAŞI TAMAM OLUR

ƏBƏDİ YAŞAR ÜMUMMİLİ LİDERİMİZİN 132 YAŞI TAMAM OLUR

Tarix: 3-02-2016, 00:13 Bölmə :Ölkə Baxış: 0
ƏBƏDİ YAŞAR ÜMUMMİLİ LİDERİMİZİN 132 YAŞI TAMAM OLUR

ƏBƏDİ YAŞAR ÜMUMMİLİ LİDERİMİZİN 132 YAŞI TAMAM OLUR

Qarşıdan 31 yanvar gəlir. Amma əksər insanlarımız üçün bu adicə yanvar ayının son günü kimi bilinir.

Misktika, ekstrasens, falçı və bu qəbildən olan inanclı insanlar deyə bilərlər ki, həmin gün böyük münəccim Vanqanın doğum günüdür. Bəli onlar haqlıdırlar, lakin Azərbaycan türkləri və bütöv Azərbaycan üçün təqvimdəki bu gün yalnız sıradan bir gün və millətimizə aidiyyatı olmayan Vanqanın doğum günü kimi bilinməməlidir.

Çünki həmin gündə Azərbaycanın böyük oğlu, yazıçı-publisist , istedadlı jurnalist ( məhz İranda müasir jurnalistikanın əsasını o qoyub), marifçi, milli-azadlıq hərəkatımızın öncüsü, mühacirətdəki istiqlaliyyət davamızın lideri, görkəmli dövlət və ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banisi və qısa olaraq çağdaş tariximizin namizədsiz, ən görkəmli şəxsiyyəti və əbədi yaşar ümummilli lideri olan Məmməd Əmin Rəsulzadənin doğum günüdür.

Çox təəsüflər olsun ki, başda vətəndaşlarımız sonra isə dövlət dahi öndərimizin doğum gününə təhqir edici şəkildə laqeyd yanaşır. Nə üçün ilk olaraq günahı vətəndaşlarda görürəm...? Ona görə ki, öz tarixi şəxsiyyətinin adını qaldırmaq və ya onu alçaltmaq yalnız millətə məxsusdur!

Tarixini və tarixi şəxsiyyətlərini sevən və onunla fəxr edən millət heç bir zaman imkan verməz ki, onun şəxsiyyətlərini kimsə təhqir edə, hətta hökumət olsa belə....

Bu gün tam əminliklə deyə bilərəm ki, əgər yaponların, almanların, şimali koreyalıların, vyetnamlıların, bədnam qonşularımız və milli-irsi düşmənlərimiz olan farsların və haykların ( ermənilərin) M.Ə.Rəsulzadə kimi tarixi şəxsiyyətləri olsa idi, ona nəinki qibtə edə, hətta Tanrı kimi müqəddəsləşdirərdilər.

Nə üçün canından və əzizlərindən çox sevdiyi Azərbaycan və milləti üçün hər şeyi gözə alan, himnimizdə deyildiyi kimi “səndən ötrü can verməyə cümlə qadiriz” və “səndən ötrü qan tökməyə cümlə qadiriz” ifadələrini əməlləri ilə həyata keçirən Rəsulzadə kimi bir dahinin ad günü dövlət və beynəlxalq səviyyədə qeyd edilmir...?!

Məgər biz türklər bu qədərmi milli kimliyimizi itirmişik...?

Bu gün millətimizin bu laqeydliyi ucbatından milli mənsubiyyədindən bixəbər olan, ulitarist düşüncəli, başda Naqif Həmzəyev kimi “millət vəkilləri” və ona havadarlıq edən hökumətin yüksək vəzifəli “şəxslərinin” böyük əbədi yaşar ümummili liderimiz Rəsulzadə haqqında söylədikləri təhqirəramiz ifadələrin vüsət almağına gətirib çıxarıb. Görünür Naqif Həmzəyev düşüncəsində olan “şəxslər” nəinki Rəsulzadəni heç, Azərbaycan Respublikasının hal-hazırki Prezidenti İlham Əliyevə belə hörmət etmir. Məhz İ.Əliyevin 22 noyabr 2013-cü ildə Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamda deyilir:

2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.

Xalqımızın müstəqillik idealarının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Gördüyünüz kimi çox gecdə........ olsa ölkə başçısı belə Rəsulzadənin necə böyük dahi şəxsiyyət olduğunu qeyd edir!

Bütün bu dediklərimə baxmayaraq inanıram ki, yaxın gələcəkdə türk millətim uzun sürən trans vəziyətindən çıxıb, sarsılmaz polad iradə və dirəniş göstərərək əbədi yaşar ümummili liderimiz Rəsulzadənin Ankaradakı cənazəsini canından çox sevdiyi Vətəninə gətirilərəq dəfn ediləcək və qəbri üzərində böyük bir abidə və ya sərdabə ucaldılacaq, necə ki, 1840-cı ildə Müqəddəs Yelena adasından dahi Napaleon Bonopartın cənazəsi gətirildə və təmtəraqla Parisdə torpağa tapşırıldı. Eləcə də, bu dahi əbədi yaşar ümummili liderimizin doğum günü ən yüksək səviyyəli ümumxalq bayram kimi, anım günü ( 6 mart) isə ümumxalq matəmi kimi qeyd ediləcək.

Qarşıdan gələn 31 yanvar ulu öndərimiz Rəsulzadənin ad günü münasibəti ilə onun yeganə varisi – nəvəsi olan Rəis Rəsulzadəni bu münasibətlə səmimiqəlbdən təbrik edir və onun sevincinə şərik oluram.

Dünya dövr etdikcə, Azərbaycan türkləri yaşadıqca və Azərbaycan var olduqca M.Ə.Rəsulzadənin adı da var olacaq, ruhuda yaşayacaq!

Bir milliyətçi kimi əbədi yaşar əbədi yaşar ümummili öndərimizin ruhu qarşısında göz yaşları ilə baş əyirəm!!!

Yaşasın türk millətim

Var olsun bütöv Azərbaycan!

Abdulla İsmayıloğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

    Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür ...

    31-01-2018, 00:36

  • 
  • Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür

    Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür ...

    6-03-2018, 12:15

  • 
  • KXCP M.Ə.Rəsulzadənin doğum gününü Novxanıda qeyd edəcəkdir.

    KXCP M.Ə.Rəsulzadənin doğum gününü Novxanıda qeyd ...

    25-01-2016, 16:02

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    10-05-2016, 11:48

  • 
  • Bu gün Rəsulzadənin anım günüdür

    Bu gün Rəsulzadənin anım günüdür ...

    6-03-2021, 10:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu