25 yanvar 2016-cı il tarixində Klassik Xalq Cəbhəsi Partiyasının İdarə heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib. Toplantıda KXCP-nin 20 Yanvar şəhidlərinin ziyarət tədbirində və aparıcı müxalifət partiyalarının, ictimai təşkilatlarının təşkil etdiyi iqtisadi böhran və böhrandan çıxış yolları mövzusunda keçirilən tədbirin nəticələri müzakirə edilmişdir. Müzakirələr nəticəsində uyğun qərarlar qəbul edilib. Klassik Xalq Cəbhəsi Partiyası M.Ə.Rəsulzadənin doğum günü münasibəti ilə 31 yanvar 2016-cı ildə, saat 12:00-da Novxanı kəndində tədbir keçirməyi qərara alıb. Konuşma Sonu
Sorğu
Yeni dizaynımız necədir?