Bakıda dəm qazı daha bir nəfərin ölümünə səbəb olub.
gundemxeber.az bildirir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun M. Rüstəmov küçəsində yaşayan, 1977-ci il təvəllüdlü Rəşad Aydın oğlu Əliyev və onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Səbinə Ramiz qızı Sübhani yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar təcilli olaraq xəstəxanaya çatdırılsalar da, R. Əliyevi xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib. S. Sübhaninin vəziyyəti isə ağır olaraq qalır.
Sorğu
Yeni dizaynımız necədir?