Azərbaycanda dəm qazı ailə faciəsinə səbəb olub. Tərtər Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.
Kəlbəcər rayonundan olan məcburi köçkünlər - 1955-ci il təvəllüdlü Aşır Cəfər oğlu Əsədov və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Cahan Tariyel qızı İmanova yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı Tərtər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?