Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyev Araz çayını özəlləşdirib. Bununla bağlı müxtəlif vətəninfo.az-da yer alan sənədlərdə göstərilir ki, İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Əbülfəz Ağayev Zakir Quliyevə yarınmaq məqsədilə Araz çayının içərisində 15 hektarlıq hissəni onun qardaşı oğlu İlkin Elçin oğlu Quliyevin adına olan “AZE” MMC-nin istifadəsinə verib. 126 saylı sərəncam 2005-ci ilin iyulun 27-də Əbülfəz Ağayev tərəfindən imzalanıb. Əbülfəz Ağayev imzaladığı sərəncamda Araz çayının 15 hektarlıq ərazisinin qum-çınqıl çıxarılması üçün İlkin Quliyevin adına olan MMC-yə verilməsini qanuna zidd saymır. O, “Yerli İcra Hakimiyyəti Haqqında” Əsasnamənin 28-ci bəndini əsas kimi gətirir. Ola bilsin ki, doğurdan da Əsasnamədə belə bir bənd var. Amma Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin müavini Zakir Quliyevin öz vəzifə səlahiyyətlərindən istifadə edərək, qohum-qardaşına dövlətin nəzarətində olan Araz çayından “pay” verməsi başadüşülən deyil. Bu onun vəzifə səlahiyyətləri xaricindədir. Bütün bunları rəsmi orqanların diqqətinə çatdıraraq bilmək istəyirik: bəzi məmurların vəzifələrindən sui-istifadə edərək qohum-qardaşlarına şərait yaratması nə qədər qanunidir?
Sorğu
Yeni dizaynımız necədir?