Rayonda baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət olundu
İmişli rayon sakini Məhbub Zülfüqarlı bir qrup rayon sakini adından ölkə rəhbərliyinə müraciət edib. Müraciətdə İmişli rayonunda baş verən qanunsuzluqlardan və məmur özbaşınalığından bəhs olunur. Həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq: “İmişli şəhərində fəaliyyət göstərən Araz çayı yatağında qum istehsal edən “AZE” MMC-nin sahibləri və İmişli şəhəri Mərkəzi xəstəxanasının qarşısında yerləşən, Mədəniyyət və turizm Nazirliyinin balansında olan istirahət pakının vətəndaşlara və əsasən iri çaplı oliqarxlara satılması və bu iki obyektin şəhər sakinlərinin yuxularını ərşə çəkən, ərizə və şikayətlərinə başdansovdu, ələsalma, məntiqsiz cavabları məni bir daha məsələyə qayıtmağa sizə müraciət etməyə vadar etdi. Axırıncı şikayət ərizəmə cavab olaraq Meliorasiya və Su Təsərrüfatı sədrinin birinci müavinin imzası ilə alduğum məktubla özümü təhqir olunmuş saydım. Deyilənə görə AZE ifadəsi Anar, Zahid, Elçin adlarının baş hərifləridir. Birinci müavin sədrin digər müavini Zakir Quliyevin (bax AZE) müdafiəsinə qalxır, AZE MMC-nin fəaliyyətinin qanunu olduğunu sanki gözümə soxur. Mənim Zakir Quliyevlə heç bir qərəzim yoxdur. Heç tanımıram və tanımaq istəmirəm. Sadəcə ona rəhbərləri vasitəsi ilə çatdırmaq istəyirəm ki, İmişlilər qohumlarının bu istismarından narahatdırlar. Analoji cavablar digər İmişli sakininə 15 iyul 2010-cu il tarixində 151 №-li məktubla Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuruyev də yazmışdı. Hətta bir az qabağa gedək, məktubun bir sürətini də hörmətli Zakir Quliyevə göndərmişdi ki, yoxlanıldı və narahat olmağına dəyməz. AZE MMC-nin fəaliyyəti qanuna müvafiqdir. Elman müəllimdən qabaq bu rəisliyi Zakir Quliyev özü aparırdı. Doğurdan da idarənin adındaki istismar sözü uyğun gəlir. Sovet vaxtı çəkilmiş iki bəndi bu idarə istismar etdi !!! Elman müəllim bir qədər də irəli gedərək, Zakir Quliyevə təsəlli verir ki, Karxana NK-nın 24 mart 2000-ci il tarixli 56 saylı qərarına əsasən düzgün fəaliyyət göstərir. Karxana çayın məcrasından 200 metr kənarda onun üçün ayrılmış ərazidə düzgün fəaliyyət göstərir. Elman müəllim adıçəkilən qərarın səkkizinci bəndini açmır. Orada deyilir: Çayların uzunluq boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı bəndlərlə qəbul edilir (uzunluğu-10 km olan çaylar üçün hər tərəfə 50 metr, 50 km çaylar üçün 100 metr, 100 km -200 km çaylar üçün metr 300 metr, 200-500 km çaylar üçün – 400 metr, 500 km-dən artıq çaylar üçün -500 metr müəyyənləşib). Elman müəllim Araz çayının başalanğıcını görünür Bəhrəmtəpə qəsəbəsindən götürdüyünü düşünüb. Araz çayı xəritədə 500 km uzunluğundadır. Hörmətli cənab prezident qaldı orada tikilən şəxsi obyektlərə və bazara, ticarət mərkəzlərinə, əlbəttə sərəncamlar verilib. Çox təəssüf ki, adıcəkilən binalar da çayın sahilindədir, mühafizə zolağındadır. Birinci müavin Məmməd Sadiq Quliyev bir azda qabağa gedib. Verilən sənədləri sadalayır, amma o özü etiraf edir ki, karxana Araz çayının yatağında fəaliyyət göstərir. Xəstəxananın qarşısındakı parkın ümumi istifadədə olması və vətəndaşlara satılmaması barədə turizm nazirliyinin 25.05.2010-cu il, 355/03-4-319 №-li, Qeyrı-maddi mədəni irs sektorunun müdürü Yaşar Hüseynlinin imzası ilə Əmlakın İdarə Olunması üzrə Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazovun prezidentin 2007-ci il 06 iyul tarixli 586№-li fərmanın 7.1 və 7.2 bəndlərini xatırladaraq, müəssisə və təşkilat rəhbərlərinə sərəncamlarında olan torpaq sahələrində tikinti və alqı-satqı, yenidənqurma işlərinin görülməməsi barədə xatırladaraq, Mədəniyyət Nazirliyinə məktib ünvanlanmışdı. Mədəniyyət Siyasəti şöbəsinin müdürü Babayev də 17.09.2009-cu il 749\03-h-915 №-li məktubunda parkın mədəniyyət şöbəsinin balansında olmasını təsdiqləyir və bildirir ki, park satılmayıb. Ekologiya və təbii Sərvətlər Nazirliyi, Ətraf Mühitin Mühafizəsi Departamentinin direktor müavini F. Məmmədov 30.07.2010-cu il 17-02\1042 nömrəli məktubunda bildirir ki, parkın yerinin dəyişdirilməsi və ayrı-ayrı vətəndaşlara satılması barədə verilmiş sərəncam və qərarın ləğv edilməsi üçün İmişli RİHB-na və İmişli Bələdiyyəsinə rəsmi müraciət edilmişdi. Parkı su qiymətinə (görünməyən tərəfi dəqiqləşdirməmişəm) alanlar indi 1 sotunu 2500 manata hərraca qoyublar, sonra da bizə demaqoq damğası vurulur. “Malalama əməliyyatı” aparan məmurlara bildirirəm ki, sovet dönəmində Araz sahilindən, yatağından bir kovş qum çıxaran, bellə 1-2 meşok qum yığan çoxlu sayda kişilərimiz, hətta qadınlarımız, çayın sahilində yetişən bir ədəd yulğun ağacını qıran cavan və qocalarımız o qədər cərimələniblər ki, hətta 15 gün-6ay həbs cəzasına məhkum ediliblər. Əlbəttə Araz çayının Bəhrəmtəpə-Saatlı istiqamətində sağ və sol sahilləri 100 km-lərlə istismar olunur. Əllərində sərəncam Dağ-mədən və FHN-dən lisenziyaları, vergidən beli bağlı sənədləri, DSMF-dən bir “obedə” dövlət maraqlarını satan məmurlarında iş birlikləri var ki, vətəndaş şikayətlərinə cavabalar artıq kompüterlərində hazırdır, ancaq düyməni basıb, hazır cavablı vərəqi çıxarmaq və imza etmək qalır. Odur ki, tədbiri adları çəkilən lisenziya verən təşkilat rəhbərləri haqqında görmək lazımdır. Sənədləri o dərəcədə başa qaxırlar ki, sanki, Əstəfurullah, Quran ayəsidir, duadır, etmək olmaz! Yaxşı bir cümlə tapıblar, sonda yazırlar: “Xahiş edirik nəzərə alasınız.” Adi məntiq və dil üslubuna əsasən hər şey bu cümlədə gizlənib. Yəni, “Vallah məndə günah yoxdur, ağamın sifarişidir, günahlarımı bağışla.” Cənab nazirlər! Tələb edirəm ki, mənə rəsmi imzalarınızla cavaba verəsiniz. Bütün bu məsələlər, verilən sənədlər qanuna nə dərəcədə müvafiqdir? Yadınıza salıram ki, İmişli şəhərinə status keçilərkən, keçmiş Vaqif adına kolxozun ərazisinin şəhərin sahəsinə əlavə keçdilər ki, İmişli şəhər adlandırılsın. Karxana şəhər ərazisindədir. FHN-nın nəzərinə çatdırıram ki, qrunt sularını şəhər ərazisinə 2010-cu il həmin karxana vermişdi. Nəticədə də həmin ərazidə 100-lərlə ev tikildi. Həmin karxanın qrunt suları verməsi barədə geoloq Xanalı Əliyev 2010-cu il sizə rəsmi müraciət edib. Həmin karxananın fəaliyyətinin dayandırılması barədə şəhər camaatı dəfələrlə iritonnajlı maşınların, şaqmanların yollalrını bağlayıblar. Piket mitinq ediblər. Bir neçə insanın evini həmin şaqmanlar çatladıb. Yolu müharibə yoluna döndərib. Sizlərdən rəsmi tədbirlərdən sonra cavab gözləyirəm. Ilham Əliyevə kömək etmək lazımdır. İslahatları buradan başlayaq.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?