GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ZƏRDABDA PREZİDENTİN TAPŞIRIQLARINA MƏHƏL QOYULMUR - ÖZBAŞINALIQ

ZƏRDABDA PREZİDENTİN TAPŞIRIQLARINA MƏHƏL QOYULMUR - ÖZBAŞINALIQ

Tarix: 4-02-2016, 22:31 Bölmə :Ölkə Baxış: 0
ZƏRDABDA PREZİDENTİN TAPŞIRIQLARINA MƏHƏL QOYULMUR - ÖZBAŞINALIQ

Zərdab rayon Gödəkqobu kənd sakinləri üzləşdiyi məmur özbaşınalığı, qanunsuzluqla bağlı Prezident İlham Əliyevə birgə müraciət etmək qərarına gəlib.

ZƏRDABDA PREZİDENTİN TAPŞIRIQLARINA MƏHƏL QOYULMUR - ÖZBAŞINALIQ

Kənd sakinləri tərəfindən göndərilən müraciətdə sakinlərin hər biri qanunsuzluğa, özbaşınalığa məruz qaldığını deyir. Məktubu olduğu kimi təqdim edirik: “Mən Zərdab rayonu Gödəkqobu kəndi sakini Seyidova Sima Osman qızı qanunu sahibkarlıq fəaliyyəti ilə məşğul olmağıma 9 saylı ərazi vergilər idarəsinin saxtakar əməkdaşları mane olurlar. simaKiçik dükanımda cəmi 1000 manatlıq satdıq malıma görə hər ay vaxtlı-vaxtında dövlət vergisini və Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta pulu keçirməyimə baxmayaraq məni hər iki idarə qanunsuz olaraq cərimə edib.Bu qanunsuzluq faktı obyektiv araşdırlıarsa mənə qarşı saxtakarlığın olması tam subut olunacaq.Vergi ödəməyimi və sosial sığortaya görə pul ödəməyimi təsdiq edən qəbzlər var ki, araşdırma aparılan zaman təqdim
edəcəyəm.

ZƏRDABDA PREZİDENTİN TAPŞIRIQLARINA MƏHƏL QOYULMUR - ÖZBAŞINALIQ

Sahibkarlara qarşı edilən qanunsuzluqlara son qoyulması üçün hörmətli Prezident cənab İlham Əliyevin apardığı islahatlar təqdirə layiq bir haldır.Ancaq 9 saylı ərazi vergilər idarəsi və DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Ramil Əliyev öz maddi maraqlarını təmin etmək üçün saxtakarlıqla sahibkarları cərimə etdirirlər ki, bu özbaşınalıqlara son qoyulmalı onların barələrində qanunu tədbirlər görülməlidir.Sahibkarlıq fəaliyyətimi bu saxtakar məmurların qanunsuz əməllərinə görə dayandırmaq məcburiyyətində qalmışam ki, nəticədə ailəm acından məhv olacaq. Mən Gödəkqobu kənd sakini Zeynalov Ramil İsmayıl oğlu bu şikayət ərizəmdə yazıb bildirirəm ki, Prezidentin tapşırıqlarına əməl etməyən Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin sədri Kapitay İxtiyarov öz maraqları naminə kənd təsərrüfatının inkişafına mane olur. Belə ki, Gödəkqobu kənd ərazisində bələdiyyənin mülkiyyətində olan 9 hektar torpaq sahəsinin mənə icarəyə verilməsi barədə bələdiyyə sədrinə dəfələrlə etdiyim müraciətlərimə heç bir cavab verilməyib. Ancaq mənim müraciətimdən sonra başqa şəxslərə hektarlara torpaq sahəsini icarəyə vermişdir. Mən əkinçiliklə məşğul olmaq üçün bir ədəd MTZ-89.2 traktoru “Aqrolizinq” ASC-dən almışam ki, oda torpağımnm olmamasına görə həyətimdə istifadəsiz qalıb.Məqsədim əkin-biçinlə məşğul olub dövlətimizə xeyir verməkdir ki, buna isə müftəxor bələdiyyə sədri Kapitay İxtiyarov imkan vermir.Çox təssüf olsun ki, bələdiyyə sədri Kapitay İxtiyarov indiyə qədər kənddə hesabat yığıncağı keçirməmiş, heç bir iş görməmişdir. Onun əmisi kənd icra nümayəndəsi Müzəffər İxtiyarovun himayəsi ilə özbaşınalıqlar, qanunsuzluqlar edirlər ki, onların barəsində ciddi tədbirlər görülməlidir. Prezident cənab İlham Əliyev verdiyi tapşırıqlardan sonra ölkədə korrupsiya və inhisarçılıqla mübarizə istiqamətində müəyyən düzəlişlər, irəlləyişlər olsada Zərdab rayonunun Gödəkqobu kəndində bu mümkünsüz olmuşdur. Çünki Əmi və qardaş oğlunun yarıtmaz fəaliyəti nəticəsində korrupsiya tüğyan edir. Buna görə də bu ciddi qanunsuzluq faktları araşdırılıb onların barəsində qanuna müvafiq tədbirlər görülməlidir.

ZƏRDABDA PREZİDENTİN TAPŞIRIQLARINA MƏHƏL QOYULMUR - ÖZBAŞINALIQ
ZƏRDABDA PREZİDENTİN TAPŞIRIQLARINA MƏHƏL QOYULMUR - ÖZBAŞINALIQ

Bələdiyyənin 1000 hektardan çox torpaqları kənd sakinləri olamayan başqa şəxslərə icarəyə verilmişdir. Əldə olunan gəlir isə bələdiyyə sədrinin cibinə gedir, kənd üçün heç bir iş görülməmişdir. Mən Gödəkqobu kənd sakini Əhədov Abdulhəmid Abduləhəd oğlu şikayətim dmək olar ki, kənd sakinlərinin hamısını narahat edən və kənd sakinlərini əziyyətə salan problem barədədir ki, bu problemi bələdiyyə sədri Kapitay İxtiyarov yaradıb. Bu adam 2010-cu il tarixdən Gödəkqobu bələdiyyəsinin sədri olmasına baxmayaraq kənddə heç bir iş görməyib. Baxmayaraq ki, kəndin 1000 hektarlarla torpaq sahələrini kənd sakini olmayan şəxslərə icarəyə verib gəlir əldə edir. Həmçinin kənddə olan 17 hektar sahəsi olan bol balığı olan gölü öz yaxın qohumuna saxtakarlıqla icarəyə verib. Həmin gölün 8 hektarını sənədlə icarəyə versədə həmin qohumu gölün hamısını 17 hektarını inhisarına alıb ki, kənd sakinləri bu təbii sərvətindən istifadə edə bilmir. Kənd yolları tam yararsızdır ki. palçıqda uşaqlar məktəbə gedə bilmir, torpaq sahələri düzgün ölçülmədən satılıb evlər tikilib həyətlər hasara alındığı üçün küçələr 4 metir olmaqla darısqallaşıb. Hətda əkin sulamaq üçün su kanalının bir neçə hissəsidə qanunsuz olaraq satılıb ki, əkin sulamaq olmur, suvarma kanalının lildən təmizlənmədiyi üçün hövzəsi daralıb ki, az müddətdə susuz qalmalı olacayıq. Elektirik dirəkləri qəzalı vəziyyətdədir.Bələdiyyə sədri Kapitay İxtiyarov bu 6 il ərzində bir dəfədə olsun hesabat yığıncaq iclası keçirməyib. Kənd soveti sədri olan əmisi Müzəffər İxtiyarovun himayəsi ilə kəndi virana qoyublar. Prezident cənab İlham Əliyevin tapşırıqlarını qulaq ardına vurub öz başına hərəkətlərlə məşğul olan bu əmi və qardaşoğlunun qanunsuz hərəkətlərindən kənd cammatı zülüm çəkir. Mən Gödəkqobu kənd sakini Rüstəmov Ayaz Sədyar oğlu yazıb bildirirəm ki, Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri məni süründürməçiliyə məruz qoyub ki, onun bu əməli araşdırılmalı və barəsində qanunu tədbirlər görülməlidir.Belə ki, Ünvanlı Sosial Yardım almaq üçün tələb edilən sənədləri yığıb 2014-cü ilin may ayı tarixində Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etmişəm.Həmin gündən məni get-gələ salıb heç bir rəsmi cavab verməyiblər, nədəki sosial yardım vermirlər.Hər dəfə gedib soruşanda yaxın vaxtlarda sosial yardım alacaqsınız deyib məni başdan edirlər.Ancaq qanunda nəzərdə tutulmuş qaydada sənədləri verdiyim gündən uzağı 1 ay müddətində mənə Ünvanlı Sosial Yardım alıb-almayacağıma dair rəsmi cavab verilməli idi.Artıq iki ilə yaxın bir vaxt keçməsinə baxmayaraq heç bir cavab verməyiblər ki, bu ciddi qanunsuzluqdur.Himayəmdə 3 azyaşlı uşağım var.Yoxsulluq həddində yaşayıram.Bu boyda haqsızlıq, qanunsuzluq olmaz.

ZƏRDABDA PREZİDENTİN TAPŞIRIQLARINA MƏHƏL QOYULMUR - ÖZBAŞINALIQ
ZƏRDABDA PREZİDENTİN TAPŞIRIQLARINA MƏHƏL QOYULMUR - ÖZBAŞINALIQ

Məndən sonra sənəd verənlər artıq sosial yardım alsalarda mən süründərməçiliyə məruz qalmışam.Zərdabda Ünvanlı Sosial Yardım almaq üçün gərək rüşvət verəsən və yaxud da onların şərti ilə razılaşıb sosial yardımı bir onlara verəsən bir ilini də özün alasan.Gəlib yoxlasalar bu minvalla çoxlu sayda Zərdab rayon sakinləri sosial yardım alırlar.Bəs mənim kimi yoxsul ailə nə etsin? Cənab Prezident Gödəkqobu kənd sakinlərinin problemlərinin həll edilməsi üçün kəndimizə nümayəndənizi göndərməyinizi xahiş edirik.Gəlin bizim dərdimizi gözünüzlə görün və Gödəkqobu kənd sakinlərinə zülm verən bələdiyyə sədri Kapitay İxtiyarovun və kənd soveti sədri olan əmisi Müzəffər İxtiyarovun barəsində qanunu tədbirlər görəsiniz. Zərdab rayonundan millət vəkili seçilmiş üzünü görmədiyimiz Jalə Əliyevanıda Gödəkqobu kəndinə dəvət edirik.Gəlin seçicilərinizin problemini dinləyin, bizə kömək edin xahiş edirik”.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Zərdabda "əjdahalar" peyda olub

    Zərdabda "əjdahalar" peyda olub ...

    20-09-2016, 16:53

  • 
  • ZƏRDAB SAKİNLƏRİ PAY TORPAQLARINDAN VƏ AZƏRBAYCAN VƏTƏNDAŞLIĞINDAN İMTİNA ETDİ - Əhməd Əhmədzadənin işçiləri sakinləri su üzünə həsrət qoyub...

    ZƏRDAB SAKİNLƏRİ PAY TORPAQLARINDAN VƏ AZƏRBAYCAN ...

    18-12-2019, 14:43

  • 
  • Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib - Diqqət!

    Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət ...

    7-01-2019, 13:42

  • 
  • Zərdablı məmurla bağlı bu faktlar açıqlandı - İDDİA

    Zərdablı məmurla bağlı bu faktlar açıqlandı - ...

    26-05-2017, 18:16

  • 
  • İcra Hakimiyyətinə 3000 manatlıq rüşvət ittihamı

    İcra Hakimiyyətinə 3000 manatlıq rüşvət ittihamı ...

    8-12-2014, 14:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu