Ağdam rayonu Azərbaycanın bir rayonu kimi yox, bir dövlət,daha doğrusu krallıq kimi idarə olunur. Bu krallığın isə kralı Nizami Sadıqovdur. Çox qəribədir ki, rəsmi Bakı bu krallığın əməllərini ya görmür ya da görmək istəmir. Elə buna görə də yaxın vaxtlarda Ağdamda icra başçısı Nizami Sadıqova məxsus ,icra hakimiyyətinə dönən yolda yerləşən qapı-pəncərə sexi,Ağcabədi yolu ilə Quzanlının girəcəyində yerləşən profilaktika,hərbi komissarlığının yanındakı kafesini,Meşə zolağındakı yemekxana və kart oynama obyektini ,xaçın körpüsünün yanındakı restoranını ,rayondakı ticarət mərkəzlərini əhali yandıranda təccüb etməyə dəyməyəcək. Çünki Ağdam hazırda bir barıt çəlləyinə bənzəyir və hər an partlayış mümkündür. Amma Ağdamda partlayış olarsa, İsmayıllı,Quba hadisələri onun yanında şükürlü olacaq. Şükür demişkən rayonda digər söz adamını da yada salıb keçək əsas mövzuya Ağdamda demək olar ki, çox şeylərə müdaxilə edən və ciddi maliyyə qaynaqlarına sahib olan simalardan biri də Ağdam rayon təhsil şöbəsinin müdirəsi Elmira Şükürovadır. Illərdi ki, bu postda oturan Elmira Şükürova həm də rayonda milyoner adına layiq görülə bilinər. Düzdür hazırda rayonun maliyyə şöbəsinin müdiri ilə birləşərək Nizami Sadıqovu devirməyə çalışırlar və 18 saylı Quzanlı kənd orta məktəbində görüşən təhsil və maliyyə şöbəsinin müdirləri söz veriblər ki, ikisindən biri rayona icra hakimiyyəti başçısı gəlməlidir. Hətta buna görə bir-birinə maliyyədə verəcəklərinə and içiblər. Amma bu anddan qabaq Nizami Sadıqovla Elmira Şükürovanın kifayət qədər ciddi maliyyə ilişgiləri olub və indi nəzərinizə çatdıracağımız faktlar da bunu sübutlayacaq. Pat.az-a daxil olan məlumata görə rayonda büdcədən pulun çıxarılması üçün məktəblərin təmiri əsas bəhanə olur. İndi isə faktlara baxaq. Deməli rayonda maraqlı bir üçlük yaranıb və milyonlarla manat bu üçlüyün arasında yoxa çıxarılır. Söhbət bermud üçbucağından yox, “Vüsel”şirkəti-Nizami Sadıqov-Elmira Şükürova üçbucağından gedir. Əldə etdiyimiz məlumatda da göstərilir ki, bu rayonda bütün tenderlərin bir “qalibi” olur ki, buda “Vüsel” şirkətidir. Gəlin sadəcə faktlara baxaq. 1. 17.12.2009-cu il 6017 ödəniş tapşırıqı nömrəsi ilə “Vüsel” şirkətinə Ağdam məktəblərinin (?) təmiri üçün 126110.60 manat pul verilir 2. 17.12.2009-cu il 6022 ödəniş tapşırığı nömrəsi ilə “Vüsel” şirkətinə Ağdam rayon məktəblərinin (?) təmiri üçün 22881.40 manat pul verilir 3. 03.03.2010-cu il tarixdə 619 nömrəli ödəniş tapşırığı ilə “Vüsel” şirkətinə Ağdam rayon məktəblərinin (?) təmiri üçün 9457.63 manat pul ayrılır 4. 03.03. 2010-cu il tarixdə 620 saylı ödəniş tapşırığı ilə “Vüsel” şirkətinə Ağdam məktəblərinin(?) əsaslı təmiri üçün52542.37 manat pul ayrılır Nəzərinizə çatdırdığımız faktlar əldə etdiyimiz sənədlərin yüzdə biridir. Və çox maraqlıdır ki, tək məktəb təmirləri yox, eyni zamanda büdcədən çıxarılan pulların böyük əksəriyyətində “Vüset” şirkəti iştirak edir.
Sorğu
Yeni dizaynımız necədir?