Naxçıvan sakini tapdığı silah-sursatı polisə təhvil verib.
Şəhər sakini Ramil Kəngərli tapdığı nömrəsi silinmiş "Makarov" markalı tapançanı, 1 ədəd nömrəsi silinmiş "Desert Falkon" markalı qaz tapançasını, 1 ədəd nömrəsi silinmiş "İJ SPL-01" markalı idman tapançasını, 1 ədəd "F-1" qumbarasını, 5 ədəd patron darağını və 1124 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Naxçıvan şəhər Polis İdarəsinə aparıb.
Sorğu
Yeni dizaynımız necədir?