Ötən iki gün ərzində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan Süleyman Seleymanovun evinin yaxınlığında basdırdığı nömrəsi silinmiş “AK-74” markalı silah, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar edilərək götürülüb.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şirzad Sadıqovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 patron darağı və 2 ədəd patron götürülüb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yaxa-beşdəli kənd sakini Xanmusa Məcidovdan müvafiq sənədləri olmayan “Tula-X” markalı ov tüfəngi götürülüb.
Faktlar üzrə cinayət işləri başlanılıb.
Həmin işlər üzrə saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?