Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən İlqar Qocamanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
gundemxeber.az APA-ya istinadən bildirir ki, məhkəmə onun şikayətini təmin edərək, cəzasını 14 ildən 11 il 3 aya endirib.
Qeyd edək ki, İ.Qocamanov həyat yoldaşı Rəna Qocamanovanı bir neçə bıçaq zərbəsi vurmaqla ona ağır dərəcəli bədən xəsarəti yetirib. İ.Qocamanov Cinayət Məcəlləsinin 29.120- ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Qocamanov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının azaldılması ilə bağlı apellyasiya şikayəti verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?