Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Azər Qədirovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Azər Qədirovun əməli qəsdən adam öldürməyə cəhddən 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Xatırladaq ki, A.Qədirov özünü təqsirli bilmədiyini, arvadını bilmədən bıçaqladığını deyib. Məlumata görə, A.Qədirov ailə münaqişəsi zəminində həyat yoldaşı Aidə Qədirovanı bıçaqlayıb. Hadisə zamanı Qədirovların evdə olan qızı təcili tibbi yardıma zəng edib. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.
Qədirova qarşı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Həbsdə olan A.Qədirov AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. Azərbaycan Dovlət Pedagoji İnstitutunu bitirib və fizika-riyaziyyat elmləri namizədidir, dosentdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?