Qətldə təqsirləndirilən 18 yaşlı Aydan Xalitova barəsində olan hökmdən kassasiya şikayəti verib.
gundemxeber.az APA-ya istinadən bildirir ki, kassasiya şikayətinə Ali Məhkəmədə fevralın 10-da baxılacaq.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Aydan Xalitova münaqişə zəminində 1991-ci il təvəllüdlü Şəms Abdullayevanı bıçaqla qətlə yetirib. Aydan Xalitova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydan Xalitova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Aydan Xalitova apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Lakin şikayəti təmin edilməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?