10 il cəza alan kişi cəzasının yüngülləşdirilməsini istədi
Həyat yoldaşını qısqanclıq zəminində boğaraq qətlə yetirməkdə təqsirləndirilən Tural Kazımovun məhkəməsi başlayıb. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində araşdırılır.
İttihama görə, qətl hadisəsi bu il iyunun 20-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki fərdi yaşayış evində baş verib. 1988-ci il təvəllüdlü Tural Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq qətlə yetirib. Tural Kazımov hadisədən dərhal sonra polisə gələrək təslim olub.
O, ilkin ifadəsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Həmin şəxslərin nikahından 3 azyaşlı övladı qalıb.
Tural Kazımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti və məhkum isə apellyasiya şikayəti verib. Prokuror onun cəzasının ağırlaşdırılmasını
istəyib. Təqsirləndirilən şəxs isə cəzasının yüngülləşdirilməsini xahiş edib.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 29-na təyin edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?