GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Hakimiyyətin həyata keçirdiyi antiböhran tədbirləri kampaniya xarakteri daşıyır"

"Hakimiyyətin həyata keçirdiyi antiböhran tədbirləri kampaniya xarakteri daşıyır"

Tarix: 8-02-2016, 15:52 Bölmə :Ölkə Baxış: 502
"Hakimiyyətin həyata keçirdiyi antiböhran tədbirləri kampaniya xarakteri daşıyır"

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə ölkədə yaranan sosial-iqtisadi böhrana və hakimiyyətin böhrandan çıxmaq üçün səsləndirdiyi bəyanatlara, yeni iş yerləri ilə bağlı gerçəkliyi əks etdirməyən yaydığı məlumatlara münasibət bildirib. Qeyd edilib ki, hakimiyyətin həyata keçirdiyi antiböhran tədbirləri kampaniya xarakteri daşıyır və icra başçılarının işsizliyin ləğvi ilə bağlı hesabatları real gerçəklikdən uzaq formal məlumatlardır. Partiya rəsmiləri hakimiyyəti antiböhran vəziyyətindən çıxmaq üçün bu cür formal xarakterli statistik məlumatlar yayıb əsas hədəfdən yayınmaq əvəzinə işsizliyin aradan qaldırılmasına zəmin yaradan yeni istehsal sahələrinin yaradılması istiqamətində ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti ikinci devalvasiyadan sonra vətəndaşların banklardan götürdüyü kreditlərin yeni məzənnəyə uyğun ödənişlər etməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olduğunu bildirib və bu faktın vətəndaşların qanunla müdafiə olunan maraqlarının pozulması kimi dəyərləndirib. Partiya yetkililəri hakimiyyəti pul-kredit siyasətində dəyişiklilər etməyə, kredit faizlərini azaltmağa, kreditlərin ödəmə müddətini uzatmağa, Rusiya, Qırğızıstan və digər devalvasiya yaşanan ölkələrin təcrübəsinə əsaslanaraq vətəndaşlara kreditlərin ödənilməsi üçün yardımlar etməyə çağırıb.

İdarə Heyəti BVF-nun Nigeriya və Azərbaycana kreditlər ayrılması ilə bağlı məsələyə münasibət bildirib və qeyd edib ki, korrupsioner rejimin və saxta parlamentin mövcud olduğu bir şəraitdə Azərbaycana kreditlərin ayrılması həmin vəsaitlərin ayrı-ayrı korrupsioner şəxslər tərəfindən mənimsənilməsinə xidmət edəcək və bunun məsuliyyəti Azərbaycan xalqının deyil, kreditorların öz üzərinə düşəcək.

İdarə Heyəti son vaxtlar Azərbaycanda intihar hallarının artmasından ciddi narahat olduğunu bildirib və bu psixoloji vəziyyətin yaranmasının arxasında hakimiyyətin yanlış sosial-iqtisadi siyasətinin, ölkədə tüğyan edən böhranın, kütləvi işsizliyin, sosial ədalət prinsipinin pozulmasının, milli gəlirlərin qeyri-bərabər bölünməsinin durduğunu qeyd edib və hakimiyyəti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində təcili addımlar atmağa, psixoloji sağlamlaşdırıcı tədbirlər həyata keçirməyə çağırıb.

İdarə Heyəti ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinə münasibət bildirib və bu qurumun artıq problemin çözülməsi ilə bağlı üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirə bilmədiyini, həmsədrlərin keçirdiyi görüşlərin yalnız protokol xarakteri daşıdığını diqqətə çəkib. Qeyd edilib ki, məhz həmsədrlərin tutduğu qərəzli mövqenin, eləcə də hakimiyyətin uzun illərdən bəri davam edən uğursuz tarazlaşdırma siyasətinin nəticəsi olaraq Dağlıq Qarabağ ərazisi işğala məruz qalmaqdan ilhaq mərhələsinə daxil olub və problemin dinc siyasi həlli yolları getdikcə dalana dirənib. Partiya yetkililəri hakmiyyəti tarazlıq siyasətindən geri durmağa, ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi üçün ciddi səylər göstərməyə, beynəlxalq diplomatik üsullardan yararlanaraq problemin daha optimal yollarını aramağa çağırıb.

İdarə Heyəti son vaxtlar Azərbaycan televiziyasında Rusiya-Türkiyə münasibətləri zəminində millət vəkillərinin iştirak etdiyi debatlarda Rusiya meyilli çıxışların gündəmə gəlməsinədn, bəzi millət vəkillərinin rusyönlü mövqe tutmasından ciddi narahat olduğunu bildirib və parlamentdən qardaş Türkiyənin əleyhinə, Rusiyanın müdafiəsinə yönəlik bu cıxışları dilə gətirən millət vəkillərinin hərəkətlərinə qiymət verməyə çağırıb.

İdarə Heyəti son vaxtlar bir sıra bələdiyyə və dövlət strukturlarında keçirilən audit yoxlamalarında küllü miqdarda yeyintilərin, korrupsiya faktlarının ortaya çıxmasından narahat olduğunu bildirib və bu faktların arxasında yanlış kadr siyasətinin, hakimiyyət bölgüsünə düzgün əməl edilməməsinin, siyasi plürallığın təkpartiyalı mühitlə əvəzlənməsinin, dövlət vəsaitlərinin dağıdılmasına qarşı laqeyd münasibətin durduğunu qeyd edib və hüquq-mühafizə orqanlarını ortaya çıxan korrupsiya faktlarını şəffaflıqla araşdırmağa, xalqa ətraflı məlumat verməyə çağırıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzi

    “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzi ...

    25-02-2016, 15:58

  • 
  • KXCP İdarə Heyətinin toplantısı keçirilib

    KXCP İdarə Heyətinin toplantısı keçirilib ...

    28-06-2016, 15:34

  • 
  • KXCP İdarə Heyətinin toplantısı keçirilib

    KXCP İdarə Heyətinin toplantısı keçirilib ...

    11-11-2014, 23:18

  • 
  • KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

    KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib ...

    6-07-2015, 18:33

  • 
  • KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

    KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib ...

    1-04-2015, 15:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu