İclasda qərarların icra vəziyyəti dəyərləndirilib,ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğunqərarlar qəbul edilib. Yığıncaqda partiya orqanlarının həftə ərzindəgördüyü işlər haqqında məlumat verilib. KXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsininpartiyanın Qəbələ, Tovuz, Göyçay və Abşeron şöbələrində keçirilən konfranslarlabağlı məlumatları dinlənilib, məlumatlar nəzərə alınıb və nəticələrin tanınmasıhaqqında qərar qəbul edilib. KXCP rayon şöbələrinin həftəərzində keçiriləcək konfranslarına QHüTK-dən nümayəndələr təyin edilib. Yığıncaqda ictimai-siyasi vəziyyət müzakirəedilib. RusiyanınErmənistana 200 milyon ABŞ dolları həcmində silah alınmasına dair yardımgöstərməsi rəsmi Moskvanın antiazərbaycan mövqeyi kimi qiymətləndirilib. KXCPAzərbaycan hakimiyyətindən Rusiyanın təcavüzkar Ermənistanı silahlandırması iləbağlı addımına adekvat reaksiya verməsi və lazımi tədbirlər görməsini tələbedib. Birinci Avropa Oyunlarının yekun nəticələrini müzakirə edən KXCPidmançılarımızın ugurlarını təqdir etsə də beynəlxalq miqyaslı oyunlara sərfolunan xərclərin iri həcmli korrupsiya ilə müşahidə olunması, səmərəsizxərclənməsi tənqid olunub. Hakimiyyətdən tələb olunub ki, Avropa Oyunlarınaxərclənən vəsaitlərlə bağlı ictimaiyyətə ətraflı məlumat verilsin. Yığıncaqda tanınmış vəkil ƏlaifHəsənovun Vəkillər Kollegiyasından qanunsuz şəkildə uzaqlaşdırılması pislənilibvə bu addımın siyasi sifarişlə həyata keçirildiyi qeyd olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?