"Şimali Koreyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edilə bilər".
Report "Gazeta.Ru"ya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Con Ernest bildirib.
Onun sözlərinə görə, Şimali Koreya iqtisadiyyatı artıq çox zəifdir, əhali isə ölkənin təcrid olunmuş vəziyyətdə qalmasından əziyyət çəkir.
"Şimali Koreyaya təsirli cavab verilməlidir", - deyə Ernest vurğulayıb. Xatırladaq ki, ötən həftə Şimali Koreya uzaq mənzilli raketin sınağını keçirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?