ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən qitələrarası ballistik raketin sınaqdan çıxarılması ilə əlaqədar bəyanat verib.
Bəyanatda deyilir: “Şimali Koreya tərəfindən növbəti qitələrarası ballistik raketin sınaqdan keçirilməsi – bir aydan da az müddət ərzində ikinci belə test bu rejimin daha bir düşüncəsiz və təhlükəli addımıdır. Birləşmiş Ştatlar bu raket sınağını pisləyir, bu cür sınaqların və həmin silahların guya Şimali Koreyanın təhlükəsizliyini təmin etməsi barədə həmin rejimin müddəalarını rədd edir”.
Prezident qeyd edib ki, əslində, belə sınaqların əks təsiri var. Belə sınaqlar və silahlar dünyanı təhdid edir, Şimali Koreyanı daha da təcrid edərək, iqtisadiyyatını zəiflətməyə davam edir.
Prezident Donald Tramp vurğulayıb: “Birləşmiş Ştatlar Amerikanın təhlükəsizliyini təmin etmək və regiondakı müttəfiqlərimizi müdafiə etmək üçün bütün gərəkli addımları atacaq”./virtualaz.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?