GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » DEPUTATIN OĞLUNUN DUBAYDAKI BİZNESİ: SAYSIZ – HESABSIZ YAXTALAR, MAŞINLAR…

DEPUTATIN OĞLUNUN DUBAYDAKI BİZNESİ: SAYSIZ – HESABSIZ YAXTALAR, MAŞINLAR…

Tarix: 9-02-2016, 16:01 Bölmə :Ölkə Baxış: 0
DEPUTATIN OĞLUNUN DUBAYDAKI BİZNESİ: SAYSIZ – HESABSIZ YAXTALAR, MAŞINLAR…

Möhtərəm oxucu! Əgər Siz AMEA İnsan hüquqları institutunun direktoru, deputat Aytən Mustafayeva haqqında internetdə kiçicik bir araşdırma aparsanız, onun müsahibələrinin birində bu cümləyə rast gələcəksiniz: “Mənim maaşım 500 manatdır. Təsəvvür edirsinizmi, elmlər doktoru və institut direktorunun maaşı hansı səviyyədədir?”

Əlbəttə, Aytən Mustafayevanın dövlətdən, hakimiyyətdən, hökumətin elmlər doktoruna, institut direktoruna verdiyi maaşdan narazılığını başa düşmək mümkün deyil. O sadə səbəbə görə ki, həmin müsahibəni verdiyi zamanlarda Aytən Mustafayeva həm də 21 saylı Nəsimi Seçki Dairəsindən deputat idi. Milli Məclis üzvü kimi, Azərbaycanda ən yüksək maaş alan şəxslərdən sayılırdı. O, deputat mandatını məhz elmlər doktoruna və institut direktoruna verdiyi maaşa görə istehza hədəfinə çevirdiyi hökumətin yandırdığı “yaşıl işıq” sayəsində qazanmışdı. Çağırış müddətinin başa çatmasına az qalmışsa, etiraf edəcəkdi ki, Milli Məclisdə çıxışa yazılmaq üçün düyməni basmağı hələ də öyrənə bilməyib. Amma bu, Aytən Mustafayevanın 2015-ci ildə yenidən namizəd və deputat olmasına əngəl yaratmadı.

Mustafayeva 16 saylı Yasamal İkinci Seçki Dairəsinin təmsilçisi kimi, Milli Məclisin yeni tərkibdə keçirdiyi ilk iclasların birində həvəslə çıxışa yazıldı. Görünür, düyməni basmağı öyrənib-öyrənmədiyini sınaqdan keçirmək istəyirdi. Ağzını elə təzəcə açmışdı ki, Milli Məclisin spikeri Oqtay Əsədovun sərt təpkisinə məruz qaldı: “Çıxış edəndə, bilin ki, harada çıxış edirsiniz!”.

İnstitut direktoru kimi Prezident Administrasiyasının rəhbəri, görkəmli akademik Ramiz Mehdiyevin, deputat kimi isə Milli Məclis sədri Oqtay Əsədovun açıq və kəskin tənqidlərinə məruz qalmış Aytən Mustafayeva “yeni dairəsində” də seçicilərlə effektiv ünsiyyət qura bilmir. Fakt: Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin kollektivinin 25 yanvar 2016-cı ildə ölkə başçısı İlham Əliyevə ünvanladığı açıq məktubda Aytən Mustafayevanın elementar hüquqi biliklərə malik olduğuna şübhə ifadə edilir!

Ancaq Aytən Mustafayeva bütün bu tənqidlərdən nəticə çıxarmaq, institut direktoru, parlament üzvü kimi siyasi hakimiyyətin ona göstərdiyi böyük etimadı doğrultmağa çaba sərf etmək əvəzinə, absurd iddialarla öz rəqiblərini və tənqidçilərini məhkəməyə verir. Sən demə, parlament seçkiləri dövründə 16 saylı Yasamal II Seçki Dairəsindən namizəd olaraq mənim Aytən Mustafayevanın gəlir deklarasiyasının araşdırılması ilə bağlı MSK-ya etdiyim şikayət onun psixologiyasında mənfi reaksiyalara, sarsıntı və iztirablara səbəb olubmuş. Hər halda özü belə yazır iddia ərizəsində (Yeri gəlmişkən, xatırladım ki, Aytən Mustafayeva mənim MSK-ya müraciətimi işıqlandıran Strateq.az saytını da məhkəməyə verib - T.Ş.).

Çox pakizə, bəs nədən Aytən Mustafayeva əmindir ki, yazmış olduğu savadsız və əsassız iddia ilə hər kəsin gözü önündə olan bir faktı - AMEA İHİ-nin rekvizitlərinin Azadsirniyyat.az adlı qənnadı məmulatlarının istehsalı ilə məşğul olduğunu deyən bir internet saytında koordinat kimi göstərilməsini - təkzib etdirə bilər?! Doğrudanmı, 21-ci əsrdə, informasiya texnologiyalarının hər bir vəzifəli şəxsin özü və ailə üzvləri haqqında məlumatları önümüzə sərdiyi bir zamanda Aytən Mustafayeva cəmiyyətin gözünə kül üfürə biləcəyini zənn edir?

Budur, Aytən Mustafayeva övladları haqqında 2014-cü ildə mətbuata deyir:

“İki oğlum var. Böyüyü 24 yaşındadır, evlidir. Dubayda magistraturanı bitirib. Hazırda doktorluq işini yazır”.

DEPUTATIN OĞLUNUN DUBAYDAKI BİZNESİ: SAYSIZ – HESABSIZ YAXTALAR, MAŞINLAR…
DEPUTATIN OĞLUNUN DUBAYDAKI BİZNESİ: SAYSIZ – HESABSIZ YAXTALAR, MAŞINLAR…

Onun haqqında söhbət açdığı böyük oğlunun adı Orxandır. Anasının müsahibəsindən onun 1989, yaxud 1990-cı ildə dünyaya göz açdığını, hazırda 26, uzaqbaşı 27 yaşlarında olduğunu təxmin edə bilərik. O, Dubaydakı Amerika Universitetinin bakalavr pilləsini bitirib, magistr təhsilini isə Heriot Watt Universitetində davam etdirib. ASAİF adlı təşkilatın İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Bu şəbəkə barədə oxucular “Nurçuların ASAİF şəbəkəsində kimlər var” adlı yazıya daxil ola (http://axar.az/news/11922) və daha ətraflı məlumatlana bilərlər.

2013-cü ilin fevralından isə Orxan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təsis edilmiş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsidir. O, vətəndən uzaqda təhsil almasına, AZPROMO-nun nümayəndəsi statusunda “Azərbaycana investisiya cəlb etmək üçün çalışmalarına” rəğmən Dubayda öz “kiçicik biznes”ini qurmağa da macal tapıb!

“Kiçicik biznes” dedik, gərək faktlarla danışaq.

DEPUTATIN OĞLUNUN DUBAYDAKI BİZNESİ: SAYSIZ – HESABSIZ YAXTALAR, MAŞINLAR…

Öz “Linkedin” profilində - https://www.linkedin.com/in/orkhan-mustafayev-3718b955- yazdığında görə, bizim gənc biznesmen 2014-cü ilin noyabrından bəri İdeal Concept Group adlı şirkətin prezidentidir.

DEPUTATIN OĞLUNUN DUBAYDAKI BİZNESİ: SAYSIZ – HESABSIZ YAXTALAR, MAŞINLAR…

İdeal Concept Group fəaliyyəti Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Türkiyəni əhatə edən bir investisiya şirkətidir. Həmin şirkətin web səhifəsindən - http://www.idealconceptgroup.com/- belə görünür ki, Aytən Mustafayevanın oğlunun biznes fəaliyyəti ərzaq, meyvə, tərəvəz satışından tutmuş katric doldurumuna qədər “çox geniş sahə”ni əhatə edir. Amma deputat oğlunun qazanc sferası bunlarla yekunlaşmır. Çünki İdeal Concept Group əsas pulu inşaat, reklam, “facilities management” kimi sahələrdən çıxarır. Həmin qrupun menecmenti altında olan şirkətlər isə bunlardır:

“One o One” ticarət kompaniyası/Dubay;
“Fresh Berry” supermarket/Dubay;
“Newadvice”- PRO şirkəti/Dubay.
QART eksklüziv avtomovil studiyası/Dubay.
“Twilight” yaxta, su oyunları, icarə və menecment şirkəti/Dubay

“Qalagroup”- mərkəzi ofisi Bakıdadır. Orxan Mustafayev “Linkedin” səhifəsində özünü “Qala Group” şirkətinin qurucusu (founder) kimi təqdim edir. Hüquqi ünvanı Nizami rayonunda yerləşən həmin şirkətlə Orxan Mustafayevin bağları barədə araşdırmamızın dərcini sonraya saxlayıram. Hazırda diqqətinizi Aytən Mustafayevanın oğlunun yalnız Dubaydakı biznesinə çəkmək niyyətindəyəm. İlk növbədə yaxtalara.

DEPUTATIN OĞLUNUN DUBAYDAKI BİZNESİ: SAYSIZ – HESABSIZ YAXTALAR, MAŞINLAR…

Www.idealconceptgroup.com saytında verilən məlumata görə, “Twilight” lüks yaxtalar kompaniyası Dubayda yerləşir. Bu şirkətin Tarrab, Canados, Azimut, Cabo kimi brendlər daşıyan özəl yaxtaları Dubayın məşhur Jumeriah Beach Hotel, Marina Yacht Club, Marina Mall kimi yerləşmələrində xidmət göstərir.

Şirkətin kolleksiyasında olan “One o One” adlı yaxta çox genişdir, “Tarrab” tərəfindən istehsal olunub. Yaxtada 4 kabinet, yataq və qonaq otaqları, mətbəx, hətta cakuzi var. İnternetdəki kirayə saytlarına göz gəzdirəndə məlum olur ki, bu cür lüks yaxtaları icarəyə götürmək üçün Dubayda müştərilər hər saat üçün orta hesabla ən azı 500 dollar ödəməlidirlər.

Kolleksiyadakı “Galatea” adlı yaxta da lüksdür. 4 otaqdan ibarət olan ”Galatea”da 20 nəfərlik qrupun gözəl bir gün keçirməsi üçün hər şərait mövcuddur.

“My wave” adlı yaxta isə nisbətən kiçik olsa da, sahibkarlarının dediyinə görə, ailəvi istirahət üçün əla seçimdir.

Kolleksiyanın “sonbeşiyi” olan kiçik “Twilight-1” qayığı isə balıq ovu üçün münasibdir.

İdeal Concept Group-un yaratdığı və inkişaf etdirdiyi konsepsiyalardan biri də su oyunları təşkil edən və lüks sahil təcrübəsi yaşadan “Sea Breeze” xidmətləridir.

DEPUTATIN OĞLUNUN DUBAYDAKI BİZNESİ: SAYSIZ – HESABSIZ YAXTALAR, MAŞINLAR…

“Müştərisi bol olsun” deyib yaxtalardan “düşək” və hamımız birlikdə QART adlanan eksklüziv avtomobil studiyasına yollanaq. Siz bu studiyanın fəaliyyəti ilə bağlı şəkillərə https://www.facebook.com/QART-car-studio-1514377545532249/ linkində baxa bilərsiniz. Mən isə “sağlıqlarına qismət” deyib də əlavə şərhə vaxt ayırmadan keçirəm prezidenti Orxan Mustafayev olan İdeal Concept Group-un menecmenti altındakı “One o one”, yəni “101” şirkətinin qida satışı işlərinə. Həmin şirkətin tualet kağızı və katric satışına heç toxunmadan...


Rəsmi səhifəsində - http://www.101trading.ae/ göstərilir ki, “One o one” ərzaq və tərəvəz satışı ilə məşğul olur, İtaliya, Almaniya, Bolqariya, Hollandiya, Türkiyə, Azərbaycan, Danimarkadan mal daşıyır.

DEPUTATIN OĞLUNUN DUBAYDAKI BİZNESİ: SAYSIZ – HESABSIZ YAXTALAR, MAŞINLAR…

Şirkətin əsas partnyorlarından biri İtaliyadakı SEZAK şirkətidir. SEZAK-ın ofisi İtaliyanın Milan şəhərində yerləşir, öz müştəriləri ilə bir çox dillərdə, o cümlədən Azərbaycanca əlaqə saxlayır. Maraqlıdır ki, həmin şirkətin rəsmi internet səhifəsi də bir azərbaycanlının adına qeydiyyatdan keçirilib. Bu şirkətin əsas özəlliyi isə, diqqət edin, HALAL SERTİFAKATLI məhsulların satışı ilə məşğul olmasıdır. Həmin şirkət eyni zamanda ŞİRNİYYAT BİZNESİnə də pul qoyur.

Həm SEZAK-ın, həm də onu əsas tərəfdaş sayan “One o One” kompaniyasının satdığı məhsullara nəzər salanda, brendlər bizi 2003-cü ildə şirkətləşmiş, Avropadan Afrikaya bir çox ölkəyə ixracat yapan DEMKA GmbH adlı bir ərzaq istehsalçısına götürür. DEMKA-nın baş ofisi Almaniyada yerləşir. Ət və ət məhsulları, süd və süd məhsulları, un və qənnadı məhsulları istehsal edən həmin şirkətin brendləri arasında “AZAD” ismi xüsusi gözə çarpır.


Zira, “One o One” şirkətinin təklif etdiyi mallar bununla yekunlaşmır. Dünyanın ən məşhur süd və süd məhsulları şirkəti olan “Parmalat”ın, yenə məşhur bir italyan markası olan “Santal” şirələrinin, “İcemary” isimli orqanik və alkoqolsuz içkinin satışına prezidenti Aytən Mustafayevin oğlu olan şirkət qollarını çırmalamış durumundadır.

Orxan Mustafayevin menecmenti altında olan Fresh Berry supermarketi isə 24/7 konsepsiyası ilə Dubayın Princess Tower səmtində xidmət göstərir. Market məhz keyfiyyətli ərzaqlar satması ilə öyünür. Məlum, ucuz ətin şorbası keyfiyyətsiz olur…

İdeal Concept Group-un yerləşdiyi məkan - Grosvenor Business Tower Dubayın ən bahalı biznes mərkəzlərindən biridir. Oradakı kirayə qiymətləri, Anadolu türkləri demiş, dodaq uçuqladır. Gözəyarı təxminlərə görə, icarənin illiyi ən azı 500 min dollar civarındadır.


Bütün bunlardan sonra ortaya sadə bir sual çıxır: Aytən Mustafayevanın uzaqbaşı 27 yaşı olan və bu qədər böyük kapital yönəldən oğlunun “biznes şəraitinin yaxşılaşmasında” xanım deputatın rolu nədən ibarətdir?

Axı Aytən Mustafayeva idi deyən: “Mənim maaşım 500 manatdır. Təsəvvür edirsinizmi, elmlər doktoru və institut direktorunun maaşı hansı səviyyədədir?”
\ Strateq.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 14 institut direktorunun səlahiyyət müddəti bitdi

    14 institut direktorunun səlahiyyət müddəti bitdi ...

    11-12-2013, 18:39

  • 
  • Xanım deputat-namizədin şok fotoları – Kazinoda

    Xanım deputat-namizədin şok fotoları – Kazinoda ...

    6-11-2015, 14:15

  • 
  • İnstitut direktoru: "Nizaminin farsdilli Azərbaycan şairi olmasını sübut edəcəyəm"

    İnstitut direktoru: "Nizaminin farsdilli ...

    25-11-2015, 15:13

  • 
  • JURNALİST ALTERNATİVİNDƏN AYTƏN MUSTAFAYEVAYA SƏRT KORRUPSİYA İTTİHAMI: “ÇIX QANUN QARŞISINDA CAVAB VER”

    JURNALİST ALTERNATİVİNDƏN AYTƏN MUSTAFAYEVAYA ...

    3-11-2015, 22:30

  • 
  • Oqtay Əsədov deputatın təklifinə sərt reaksiya verib

    Oqtay Əsədov deputatın təklifinə sərt reaksiya ...

    23-11-2017, 15:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (363)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu