Müstəqil İstintaq Komissiyası “erməni xəstəliyinə'' tutulmuş şəxslər haqqında tədbir görməlidir
“Bizim Dağlıq Qarabağ problemi ilə nəşr etdirdiyimiz elmi nəşrlərin xüsusi cəkisi qezetci Asif Mərzilinin və onun yerlisi səy-səy cıxışları ilə yadda qalan vəkill Ramiz Zeynalovun xüsusi cəkisindən daha ağırdır”
“Təzadlar” qəzetinin baş redaktoru AsifMərzilinin 14 mart 2013 iltarixində “Elşad Abdullayevin “erməni xəstəliyi” məqaləsi Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkiltın sifarişli ilə yazıldığı ücün həqiqətə uyğun deyildir, zərəcəkmiş tərəfi susdurmağa yönəlmiş növbəti Məlikməməd nağılıdır. Hesab edirəm ki, MTN-in əməkdşı Mahir Abdullayevin oğurluğu cinayəti gec-tez açılanda məhkəmə məsuliyyətinə cəlb olunan günahkarlardan biri də 37-ci il NKVD-nin gizli polis qəzetcilərini xatırladan Zümrüd və Asif Məmmədovlar olacaqdır. Hələ, 1982-1987 illər Moskva şəhərində “SSRİ Dövlət və Hüquq İnistitunda ”aspiranturada təhsilaldığım müddətdə Dağlıq Qarabağ problemini elçi şəkildə araşdırmaq məcburiyyətində qaldım. Həmin dövrdə, hüquq sahəsində üstünlük təşkil edən ermənimənşəli professorlar Daglıq Qarabağın bugünkü vəziyyəti haqqında bizə mühazirə dərslərində açiq-aşkar mühazirələr oxuyurdular. Bu mühazirə dərsləri qüvvədəolan kecmiş sovet konstitusiya qanunvericiliyinəvə AR Konstitusiyasına zidd idi. Buna görə də bizim aramızda mübahisələr baş verirdi. Hətta, kecmiş sovetrəhbəri L.İ.Brejnev rəhmətə gedəndən az sonra ABŞ-a sürgün olunmuş dünya üzrə taninmiş cinyət prosesi üzrə mütəxəsis akademik Straqovic öz iş yerinə qayıtdı. Lakin, az sürmədi akademik Straqovic rəhmətə getdi. Fürsətdən istifadə edib inistitun drektoru akademik V.N.Kudryvsevin imzasıiləHeydərƏliyevi inistituta dəvət etdik. Mərasimgünü Heydər Əliyev tədbirə gəldi. Biz Heydər Əliyevə bildirdik ki, professor G.Şaxnazaryan Dağlıq Qarabağ haqqında konstitusiya qanunvericiliyinə zidd leqal çıxışlar edir. Professor G.Şaxnazaryanı başa düşmək olmur. Elə oradaca Heydər Əliyev professor G.Şaxnazaryana “elmi şəkildə” təpindi. Bundan sonra, G.Şaxnazaryan Qaglıq Qarabağla bağlı dünyanın 56 ölkəsini təmsil edən aspirantların auditoriysında danışmaqdan cəkindi. Həmin ərəfələrdə G.Şaxnazaryanın qardaşı Ermənistan KQB-in naziri idi, professorun dediyinə görə əslən Şuşanın Vən Məlikliyindən idi, azərbaycan dilində səlist daışırdı, quranı bilirdi... Bir azərbaycanlı hüquqşünas kimi də həmin dövrdə Dağlıq Qarabağ problemi mənim diqqətimi cəlb etmişdir. Bunula əlaqədar olaraq müstəqil elmi hüquqi tədqiqat işi apardım. Namizədlik-doktorluq dissertasiyası yazmaq istədim, icazə vermədilər. Dağlıq Qarabağ problemi ilə baglı bir sıra elmi nəşirləri cap etdirdim: 1.Dağlıq Qarabağ problem beynəlxalqhüquqmüsrəvisində. – Bakı, 2004, 216 səhifə; 2. The Nagorno-Karabakh problem in the light of international law. – Baku, 224 page, (ingilis dilində); 3. Le problem du Haut Karabkhdans le context dudroitnumanitare international . –Baku, 2005, 224 page, (fransızdilində); 4. Проблема Нагорного-Карабаха в контексте международного права. – Баку, 2005, страниц, (rusdilində); 5. Dağlıq Qarabağ problemi Avropa Şurasının hüquqi sənədlərində. – Bakı, 2006, 278 səhifə; 6. Dağlıq Qarabağ problemi və beynəlxalq təşkilatlar. – Bakı, 2008, 268 səhifə; 7. Parisdə Xocalı faciəsilə baglı Avropa Məhkəməsinə müraciət olundu. – Azadlıq qəzeti, 03 mart 2013 ;
Q Ə Z Ə T L Ə R D Ə :
1. Xocalı soyqrımı bəşəriyyətə və insanlığa qarşı ən ağır cinayətdir. – Respublika, 21 fevral 2007; 2. Fransa Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdardır. – Respublika, 14 fevral 2007; 3. Dağlıq Qarabağ müstəqilliyinə hec bir halda yol verilməyəcək. – Respublika, 4 oktyabr 2007; 4. Beynəlxalq terrorizmlə mübarizədə etibarlı tərəfdaş. – Respublika, 11sentyabr 2007; 5. Azərbaycan torpaqlarını işgaldan azad etmək əzmindədir. – 25 aprel 2007; 6. Bədnam erməni lobbisinə qarşı sərfəli əks hücüm. – Respublika, 01 aprel 2007; 7. Tarixin qanlı səhifəsi. – Respublika, 01 aprel 2008; 8. Франция – сторонник решения Нагорно-КАРАБАХСКОГО КОНФЛИКТА НА ОСНОВЕ МЕЖДУНАРОДНЫХ правовых норм. – Бакинский рабочий, 28 марта 2007; 9. Нормы международного права однозначно подтверждат факт геноцида в Ходжалы. – Бакинский рабочий, 24 февраля 2006; 10. Нагорный Карабах никогда не получит независимость. – Права выбора, ноябрь 2007; 11. Окупающию чужой территории невозможно узаконить. Республика, 11 апреля 2001; və s. 2005-ci il tarixində Daglıq Qarabağ problem beynəlxalq hüquq müstəvisində kitabı fransız, ingilis və rus dillərin də tərcümə edilərək birsıra xarici ölkələrin parlamentlərinə, elm və dövlət xadimlərinə göndərilmişdir. Apardığım araşdırmalarım da tam obyektiv olaraq huquqi analiz edərək cap olunan nəşrlərdən belə bir beynəlxalq hüquqi nəticəyə gəlmək olar. Hər şeydən oncə, elmi-huquqi araşdırmalar müəyyən edir ki, qüvvədə olan beynəlxalq hüquq normalarına görə Dağlıq Qarabağ Azərbaycanın ərazisi hesab edilir. İkincisi, Dağlıq Qarabağhaqqında kitabların başlıca məqsədi bu problemin obyektiv və qərəzsiz olaraq beynəl xalq huquq normaları əsasın da həll olunmasıdır. Bu kitablar Daglıq Qarabağ probleminin həllində məhkəmə presidenti rolunu oynaya bilər. Beynəlxalq huququ normalarının təhlili müəyyən edir ki, Dağlıq Qarabağ Azərbaycanın inzibati ərazisinin tərkib hissəsidir, Ermənistan Qaglıq Qarabağı işğal edibdir, o, təcavüzkar dövlətdir və Dağlıq Qarabağı qeyd-şərtsiz tərk etməlidir. Müasir beynəlxalq hüquqa görə hər bir xalqın milli müqəddaratı yalnız dövlətlərin ərazi toxunulmazlığı prinsipi cərcivəsində həll oluna bilər. Dağlıq Qarabağda yaşayan xalqlar öz milli müqəddəratını yalnız Azərbaycan Respublikasının sərhədləri daxilində həll edə bilərlər. 1970-ci il Beynəlxalq hüququn prinsipləri haqqında Bəyənnamədə çox aydın şəkildə qeyd edilir ki, “öz müqəddəratını təyinetmə suveren və müstəqil dövlətlərin parçalanmasına, onların ərazi bütövlüyünü tam və ya qismən pozulmasına, onların siyasi vahidliyinə qarşı yönələn hər hansı bir hərəkətin sanksiyalaşdırılması və ya belə hərəkətlərin həvəsləndirilməsi kimi yozula bilməz”. Müasir beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyünün prioritetliyi haqqında altında dünya güclərinin imza qoyduğu Helsinki Yekün Aktında xüsusi qeyd vardır: “İştirakçı dövlətlər xalqların bərabərliyi və onların öz müqəddəratını təyinetməsi hüququna dövlətlərin ərazi bütövlüyü prinsipi də daxil olmaqla BMT Nizamnaməsinin məqsəd və prinsipləri və müvafiq beynəlxalq hüquq normaları çərçivəsindən çıxış edərək hörmətlə yanaşacaqlar”. Verilən sitatda mövcüd beynəlxalq hüquq prinsipləri sırasından dövlətlərin ərazi bütövlüyü prinspinə əlahiddə istinad edilməsi və bunun xüsusi vurğulanması millətlərin öz müqəddəratını təyinetməsi prinspinin tövsiv edilməsinin çərçivəsini bir mənalı qaydada müəyyən edir: Öz müqəddəratını təyinetmə yalnız dövlətin ərzi bötüvlüyü çərçivəsində mümkündür. Qeyd edilən iki prinspin kolliziyası ilə bağlı meydana çıxa biləçək mübahisələrə Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin yanaşması da dediklərimizi bir daha təsdiq edir. Həmin qrumun 13 mart 1992-ci il qərarında deyilir: “Qanuni iradə ifadəsi vasitəsilə həyata keçirilən öz müqəddəratını təyinetmə hüququnu inkar etmədən qeyd edilməlidir ki, beynəlxalq hüquq onu dövlətlərin ərazi bütövlüyü və əsas insan hüquqlarına hörmət prinspləri çərçivəsində məhdudlaşdırır”. Nəhayət, qeyd etmək istəyirəm ki, həm müasir beynəlxalq hüquq, həm də məsələ ilə bağlı məhkəmə təcrübəsi Daglıq Qarabağ konflikti ilə bağlı Azərbaycanın haqlı mövqeyini bir mənalı şəkildə dəstəkləyir və onu haqlı sayır. Müasir dünya milletciliyin əleyhinədir, problemlərin huquqi həllinin tərəfdarıdır. Hesab edirəm ki, bizim Dağlıq Qarabağ problemi ilə nəşr etdirdiyimiz elmi nəşrlərin xüsusi cəkisi qezetci Asif Mərzilinin və onun yerlisi səy-səy cıxışları ilə yadda qalan vəkill Ramiz Zeynalovun xüsusi cəkisindən daha ağırdır. Qaldı, Lev Aslan oglu Muselyana özündən asılı olmayaraq taleyin hökmü ilə atası azərbaycanlı, anası isə erməni olan, azərbaycanda doğulub yaşayıbdır, Azərbyacan Baş Prokurorluğunda Baş Prokurorun müavini vəzifəsində calışıbdır, hadisələrdən sonra ailəsi ilə birlikdə qacıb Moskva şəhərinə, hazırda natarius işləyir. Müstəqil İstintaq Komissiyası erməni faşistlərindən erməni faşistlərindən daha təhlükəli olan, əsas cinayətkarları gizlətmək məqsədi ilə zərərcəkmişi müntəzəm olaraq cinayətkarcasına təhdid edən, qəzetci pərdəsi altında gizlənən Asif Mərzili və advokat Ramiz Zeynalov haqında ərizəmizi və KİV-dəki məlumatlarımızı nəzərə alacaqdır.
Sorğu
Yeni dizaynımız necədir?