Fəttah Heydərov və Kəmaləddin Heydərovla ABU rektorunun görüşü: Deputat oğluna qarşı kampaniyanın ünvanın göstərir; FHN şefi rektora kömək edəcəyinin vəd verir
Fəaliyyəti dayandırılmız Azərbaycan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev qardaşı, MTN zabiti Mahir Abdullayevin oğurlanmasından sonra baş verənlər haqda yeni faktlar açıqlayıb. Fransada olan mühacir-rektorun “Gündəm Xəbər” qəzetinə göndərdiyi məktubda yeni adlar çəkilir. E.Abdullayevin bu məktubunda hakimiyyətdaxili ziddiyyətlər tam şəkildə əks olunur. Bu dəfə söhbət Heydərovlardan-MM deputatı Fəttah Heydərov və FHN şefi Kəmaləddin Heydərovdan gedir. Beləliklə ABU rektorunun məktubunu olduğu kimi diqqətinizə çatdırırıq: “Azərbaycan dünyada yeganə ölkədir ki, adam oğurluğu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilat açıq-aşkar fəaliyyət göstərir, oğru elə bağrır ki, doğrunun bağrı catlayır, hətta, Arzu Kazimov mətbuat vasitəsi ilə də zərərcəkmişi təhdid etməkdən belə cəkinmir... !!! Bu onu bir daha təsdiq edir ki, mütəşəkkil cinayətkar təşkilat dövlətin gücündən istifadə edir, cəzasızlıq mühitində yaşayır, buna tam arxayın olduğu ücün hec bir sərhəd tanımadan qeyri-qanuni fıalliyyətlərlə, cinayətlərlə məşğul olmağa edir. ,,Azadlıq,, qəzetində 18.X.2012-ci il tarixli sayında ,,Elşad Abdullayevin ittiham etdiyi şəxs danışdı,, və ,,Bizim yol,, qəzetinin 18.X.2012-ci il tarixli məqləsində mütəşəkkil cinayətkar təşkilatın xəzinadarı Arzu Kazımov yalan danışır və “zərərcəkmişi” – bir sıra xarici ölkələrin professoru, hüquq elmləri doktoru Elşad Abdullayevi təhdid edir. Arzu Kazımov, kişiliyi olan adam ogurluğu ilə məşgul olmaz... Bakıda hamı səni metal alvercisi kimi tanıyır, bunun da kriminaloji anlamı qanunsuz adam alveridir. Yalan danışmaq yaşınıza da yaraşmır... Sən azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın xəzinadarısan, sənin mənimlə öncə bağladığın ikitərəfli imza və möhürlü muqavilələrin, daha sonra, Hacı Məmmədov həbs olunanda qorxub 4 gün sonra natarius müqavilələrin də bunu təsdiq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində adam oğurluğunun zəruri huquqi tələbi pul alandır və ABU-nu istəyəndir. Qaldı sənin köməkcin ,,Roşkaya,, (Rövşanə-Nərimanov rayon 56 saylı Uşaq bagcasının müdiri) 12.X.2012 il ,,Təzadlar,, qəzetindəki cavabları da yalandır, oun KQB-in Antiterror Mərkəzinin rəisi general Elcin Quliyevin Qofisindən Fövqəladə Hallar Nazriri Kəmaləddin Heydərovun anası hacı Simuzərin adı və səsi ilə Elşad müəllimlə mobil telefon danışığının da sübuta ehtiyacı yoxdur. Həmin günü KQB-in ATM rəisi general Elçin Quliyevin də Mahirin səsi ilə Elşad Abdullayevlə mobil telefon danışması da bir daha təsdiq edir ki, mütəşəkkil cinayətkar dəstə dövlətin gücündən istifadə edibdir. Mən, bu telefon danışığından bir necə gündən sonra , Kəmaləddin Heydərovala qəbul otagında görüşdüm və Arzu Kazımovun köməkcisi Rövşanə ogurlanmış qardaşım Mahirin həmin günü geri qaytarılması barəsində mənimlə sizin ananız hacı Simuzərin adı və səsi ilə danışığının audio yazısını ona təqdim etdim. Cənab nazirə bildirdim ki, bu cinayətkar adamlar ananızın adından danışmaqla sizi cəmiyyətdə hörmətdən , nüfuzdan salırlar . Kəmaləddin Heydərov bir necə dəfə audieo kassetə qulaq asdıqdan sonra cox əsəbləşdi, söyüş söyərək bildirdi ki, Arzunun atası mənim atamın Naxcıvanda nökəri olubdur, mən Arzudan başqa Naxcıvandan üstümə gələn hamıya əl tutmuşam, hörmət etmişəm, Arzu Kazımov mənim düşmənimdir, Naxcıvanda yeganə adamdır mən bu adama nifrət edirəm, hec demə, bu …. belə yollarla varlanıbdı. Bundan sonra nazir yenə A.kazımovun ünvanına söyüşlər söydü və mənə köməklik edcəyini, özü məni axtaracağını dedi. Səhərisi günü, mən həmin audieo kasseti Kəmaləddin Heydərovun atası Milli Məclisin deputatı Fəttah Heydərova teqdim etdim. O, cox əsəbləşdi və bildirdi ki, Siz bilirsiniz ki, bunun arxasında kim dayanıbdır (Ramiz Mehdiyev) ... Gecə-gündüz mənim oglumdan da qəzetlərə məqalə ötürən də bunlardır, arxalı köpək qurd basar. Çalışacağam Sizə köməklik edim. Arzu Kazımovun və Nərimanov rayon 56 sayli Uşaq başcasını müdiri Rövşanənin ,oğlu Zaurun və qaynı Hüseynin audio və video görüntüləri bu adamların yalan danışdıgını aydın şəkildə sübut edir, cox saatlıq video görüntülərdə onların danışıqlarınının predmeti yalnız MTN-in mayoru Mahir Abdullayevin geri qaytarılmasıdır, aldıqları pulların təynatı Mahirin geri qaytarılması ücündür. Ümid edirəm ki, MTN-in zabiti Mahir Abdullayevin işi üzrə 04 oktyabr 2012-cı iltarixində yeni yaranmış, Prezidentinin nəzarətində olan Müstəqil İstintaq Komissiyası azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa edib və bütün günahkarları cinayət məsuliyyətinə cəlb edəcəkdir. İmza: zərərcəkmiş, hüquq elmləri doktoru Elşad Abdullayev Fransa,Strasburq , 28.lV.2013”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?