Məlum olduğu kimi, mərhum prezident Heydər Əliyev keçirdiyi müşavirələrdə hər zaman məmurları ayağa qaldırıb, kəskin şəkildə danlayır, onları tənbeh edirdi.
Mia.az xəbər verir ki, mərhum prezident Heydər Əliyevin aeroportdakı vəziyyətlə bağlı Sərhəd Qoşunlarının rəisini danlaması səhnəsi də, belə maraqla izlənilən müşavirələrdən biri olub. Həmin müşavirədən təqdim edəcəyimiz epizoddan görünür ki, AZAL-ın hazırda da rəhbəri olan Cahangir Əsgərov xidmət rəisi, generaldan şikayətçi olub.
Videodan görəcəksiniz ki, hazırda baş nazirin müavini olan Artur Rasi-zadə və prezdent İlham Əliyevin köməkçisi olan Əli Əsədov da generalı çətin vəziyyətə qoyan çıxışlar edirlər.
Mia.az həmin anları əks etdirən videonu təqdim edir:
Sorğu
Yeni dizaynımız necədir?