90-cı illərin ictimai-siyasi proseslərinin aktiv iştirakçısı, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül son günlər təzadlı açıqlamaları ilə yenidən gündəmə gəlib.
Moderator.az-a açıqlamasında 1990-cı ildə ermənilərn Bakıdan qovulmasına qarşı olduğunu deyən Hacı Əbdül daha sonrakı açıqlamasında Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycana gələrkən Bakıda evlərdən qızıl yığmasını iddia edib. O, bununla son günlər Araz Əlizadənin Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın Gəncədən Bakıya guya qızıl aldıqdan sonra hərəkət etməsi haqda iddiasına haqq qazandırıb.
Qeyd edək ki, Hacı Əbdül Ayaz Mütəllibovun yaxın silahdaşı kimi həm də 1991-ci ildə Heydər Əliyevin Bakıya gələrək prezident seçkilərində iştirak etməsinə qarşı çıxanlardan olub. O, 1991-ci ildə prezident seçkilərində yuxarı yaş senzinin götürülməsi ilə bağlı Heydər Əliyev tərəfdarlarının parlament binası qarşsında keçirdiyi aksiyaya hücum çəkən dəstəyə başçılıq edib. Həmçinin, parlamentdə H.Əliyevə qarşı çıxışlar edib.
Mərhum prezident Heydər Əliyevin 5 sentyabr 1991-ci il tarixdə Naxçıvanın Nehrəm kəndində keçirdiyi bir görüşdə Hacı Əbdül haqqında dediyi sözləri “Tövbə” sədrinin o zamankı fəaliyyətinə verilən qiymət saymaq olar.
Moderator.az Heydər Əliyevin Hacı Əbdül haqqında söylədiyi fikirləri əks etdirən videonu təqdim edir:
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?