Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
gundemxeber.az APA-ya istinadən bildirir ki, hadisə fevralın 10-da saat 14.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəranın İstisu qəsəbə sakini, 1993-cü il təvəllüdlü Elmar Vidadi oğlu Abdullazadənin idarə etdiyi "Mercedes" markalı, 10 KV 693 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu rayonun Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü Əli Xanoğlan oğlu Mirzəyevin idarə etdiyi "VAZ-21011" markalı, 42 BA 357 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən "VAZ-21011"-ə ciddi ziyan dəyib, sürücü və onun həmyerlisi olan sərnişini, 1994-cü il təvəllüdlü Ülvi Həsənəli oğlu Babazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?