Bakıda qadını boğaraq qətlə yetirən şəxs tutulub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Qədimov Fəhmin Etibar oğlu saxlanılıb.
F. Qədimov hadisə baş verən mənzili bir müddət əvvəl kirayəyə götürübmüş. O, qətlə yetirilən qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.
F. Qədomov polisə verdiyi ilkin ifadəsində qadını elektrik naqili ilə boğduğunu bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?