Badamdar qəsəbəsində yerləşən “Bizim market”də maraqlı hadisə baş verib.
Dükandan alış-veriş edən təqaüdçü kişi zənbil götürməyərək ərzaqları əlinə yığıb. Qiyməti 0.40 azn olan lampanı isə cibinə qoyub və kassaya yaxınlaşan zaman əlində olan əşyaların pulunu ödəyib. Lampa isə təqaüdçünün yadından çıxaraq cibində qalıb. Marketin adminstaroru yaşlı kişidən 100 azn cərimə ödəməli olduğunu, əks halda isə onu oğurluqda ittiham edərək polisə verəcəyi ilə hədələyib. Yaşlı şəxs isə bilmədən bunu etdiyini deyib. O, bildirib ki, 15 manatlıq alver edib və bunun pulunu ödəyib, 0.40 aznlik lampanı niyə oğurlamalıdır? Sonda adminstrator təqaüdçü ilə bazarlığa gedərək ondan 30 manat pul aldıqdan sonra yaşlı şəxsdən əl çəkib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?