Keçmiş arvadını qətlə yetirmək üçün dostuna 8500 lirə (2430 AZN) pul verdi. Dəhşətli hadisə Türkiyənin İstanbul şəhərində qeydə alınıb.
Bildirilir ki, Yasin Y. adlı şəxs polisə müraciət edərək, 1,5 ay əvvəl evini kirayələyən Lalə Bayramla əlaqə yarada bilmədiyini deyib.
Ev sahibi polislərin müşayiəti ilə evə gəlib, ehtiyat açarla qapını açaraq içəri girib. Mənzildə Lalə Bayramın meyiti aşkarlanıb. Cəsəd ekspertizaya göndərilib və hadisə ilə bağlı istintaqa başlanılıb.
Araşdırma zamanı cinayətin qadının keçmiş əri və dostu tərəfindən həyata keçirildiyi məlum olub.
Bildirilir ki, Yasin A. dostu Servet K. ilə söhbətləşərkən keçmiş arvadının onu aldatdığını bildirib, dostu da bunun müqabilində qadını öldürməyi və intiqam almağı təklif edib. Servet K. bu cinayəti həyata keçirmək üçün 8500 lirə istəyib, qadının keçmiş əri də razılaşıb.
Sonra onlar Lalə Bayramın evinə girərək onu boğublar, hadisəyə intihar görünüşü vermək üçün onun biləklərini kəsiblər.
Qadının öldürülməzdən əvvəl marketdən alış-veriş etməsi ilə bağlı görüntülər ortaya çıxıb. Kadrlarda ağ avtomobil də əks olunub. Cinayəti həmin maşında oturan şübhəlilərin həyata keçirdiyi müəyyənləşib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?