Silahlı quldurlar Fransanın cənubunda yerləşən Eks-an-Provans şəhərindəkı kazinoya basqın ediblər.
Bu barədə Trend France İnfo radiostansiyasına istinadən xəbər verir.
Basqın şənbə qününə keçən gecə yerli vaxtla saat 02 radələrində baş tutub. Cinayətkarlar bir neçə dəfə atəş açandan sonra kassadakı pulları götürərək kazinonu tərk ediblər.
Basqın zamanı kazinoda 700 nəfər insan olub və panika baş verib. 40 nəfərə yaxın insan xəsarət alıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?