Bakı şəhərinin Nəsimi rayonu ərazisində poçt şöbəsinə silahlı basqın edilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Azərpoçt MMC-nin 1 saylı filialının Dilarə Əliyeva küçəsində yerləşən 10 saylı poçt şöbəsinə 2 nəfər naməlum şəxs silahlı basqın edib. Sifət nahiyələrini tibb ağızlığı ilə tutmuş həmin şəxslər qəfil poçt şöbəsinə daxil olublar və silahı orada işləyən 2 qadının üstünə tutublar. Həmin şəxslər poçt işçilərindən pul tələb ediblər. Qadınlar qorxudan qışqırmağa başlayıblar. Bunu görən silahlı basqınçılar başqa şəxslərin gəldiyini görərək qaçmağa məcbur olublar.
Faktla əlaqədar Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə iş başlanılıb. Hazırda silahlı basqınçıların yaxalanaraq istintaqa verilməsi istiqamətində iş aparılır.
Sorğu
Yeni dizaynımız necədir?