GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Evlilik həvəsini öldürən restoran qiymətləri

Evlilik həvəsini öldürən restoran qiymətləri

Tarix: 14-02-2016, 17:14 Bölmə :Ölkə Baxış: 0
Evlilik həvəsini öldürən restoran qiymətləri

Böhran dövründə toy etmək istəyən cütlükləri düşündürən əsas məsələ qiymətlərdir. Devalvasiyadan sonra toy biznesi zəifləsə də, restoranlar qiymətlərdə endirim etməyib. Vətəndaşların aylıq gəlirini nəzərə alsaq, demək olar ki, bir çox şadlıq saraylarına yaxın düşmək mümkün deyil.
Musavat.com saytının əməkdaşı son durumu öyrənmək üçün bir neçə restoran və şadlıq evinə baş çəkib və qiymətlərlə maraqlanıb.

İlk üz tutduğumuz məkan "Badi-səba" şadlıq evidir. Bu məkanın administratoru ilə söhbətimiz zamanı aydın olur ki, manatın devalvasiyasına baxmayaraq, qiymətlərdə dəyişiklik yoxdur: "Menyularımız 35 manatlıqdır. Lakin müştərinin maddi imkanını nəzərə alırıq. Spirtli içkilər olmasa, 27 manata razılaşarıq. Böhrandır, manat dəyərdən düşsə də, biz qiymətlərdə dəyişiklik etməmişik. Gəlin maşını, dəvətnamə, tort, zər və şar yağışı bizdən hədiyyədir".

"Röya" şadlıq sarayından bildirdilər ki, menyu 35 manatdan başlayır: "Müştərilərin maddi durumunu, istəklərini nəzərə alırıq. Lakin öz adımızı da qoruyuruq. Mənim üçün hər mərasim reklamdır, keçirilən hər toy bizə başqa mərasim və müştərilər qazandırmalıdır. Zalımız hazırda 370 nəfərlikdir. Qonaq sayı çox olanda masaların sayını artırırıq. Toydan bir gün əvvəl müştəri gəlir, mətbəx və ərzaqlarla tanış olur. Menyularımız 35 manatdan başlayır. Spirtli içkisiz 30 manata müştəri ilə razılaşırıq. Kran çəkilişimiz var, bəy-gəlinə avtomobil, dəvətnamə, tort və zər yağışı hədiyyə edirik".

"Ağ çiçəyim"in administratoru isə qeyd etdi ki, menyular 45 manatdan başlayır: "Zalımız yeni təmirdən çıxıb. Menyu qiymətləri 45 manatdan başlayır. Spirtli içkisiz isə 40 manata kimi endirim edirik. Ondan aşağı qiymətləri endirə bilmərik. Böhrandır, müştərilər bizi də başa düşməlidir".

"Ramin" şadlıq sarayından bildirdilər ki, menyu qiymətləri 30 manatdan başlayır. Lakin qonaq sayına və toyun hansı ayda olmasından asılı olaraq, müştərilərə güzəştlər edilir.

"Piano" şadlıq sarayının əməkdaşı qeyd etdi ki, restoranda qiymətlər 50 manatdan başlasa da, müştərilərə güzəştlər edirlər: "Menyumuz 50 manatlıqdır. Heç nə çıxarılmadan 40 manata da razılaşarıq. May ayında toy edənlər az olduğu üçün qiyməti 35 manata endiririk".

May ayında toy etməyə hazırlaşan Rəsul Qurbanov saytımıza açıqlamasında qeyd etdi ki, paytaxtın bir çox restoranlarına baş çəkib, lakin qiymətlər ürəkaçan deyil: "Xudafərin" şadlıq sarayının bir neçə zalı var. Kiçik zallarda qiymətlər 35, böyüklərdə 45 manatdan başlayır. Böhrana baxmayaraq, endirim etmirlər. Kiçik zala verilən menyunu da böyük zala vermirlər. Bildirirlər ki, vergiyə görə bu addımı ata bilməzlər.

"İmperial" restoranında menyu 40 manatdan başlayır. Lakin toyların çox olduğu vaxtlarda endirim etmirlər. Mən may ayında toy etmək istədiyimi bildirəndə isə 35 manata razılaşacaqlarını bildirdilər. "Versal Palace"dan isə bildirdilər ki, qiymətlər 80 manatdan başlayır. Qiymətlər çox bahadır. Böhran dövrüdür, restoranlar güzəştə getməyi bacarmalıdır".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda toylar da bahalaşdı: şadlıq evləri qiymətləri qaldırır...

    Azərbaycanda toylar da bahalaşdı: şadlıq evləri ...

    25-12-2015, 00:45

  • 
  • Toy edənlərin haqqını yeyən restoranlar... - (Siyahı)

    Toy edənlərin haqqını yeyən restoranlar... - ...

    28-10-2014, 12:05

  • 
  • Bakının məşhur şadlıq sarayında toy yasa döndü

    Bakının məşhur şadlıq sarayında toy yasa döndü ...

    1-09-2015, 14:26

  • 
  • Bakıda şadlıq evinin administratoru xadiməni zorladı

    Bakıda şadlıq evinin administratoru xadiməni ...

    19-09-2018, 16:34

  • 
  • General Əli Nağıyevin restoran biznesi

    General Əli Nağıyevin restoran biznesi ...

    10-06-2013, 12:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu